Bank Of Baku

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Böyük Britaniya səfirliyinin müşaviri ilə görüşüb

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Böyük Britaniya səfirliyinin müşaviri ilə görüşüb
# 12 fevral 2010 14:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Ketrin Klivlə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti, parlament seçkiləri öncəsi müxalifətin hazırlığı və digər məsələlər müzakirə edilib. Diplomat bu seçkilərlə bağlı Müsavat Partiyasının atacağı addımlar, seçki qanunvericiliyinə dəyişikliklərə dair partiyanın irəli sürdüyü təkliflərlə maraqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR