Bank Of Baku

Milli Məclis bir sıra qanunlara əlavə və dəyişiklikləri qəbul edib

Milli Məclis bir sıra qanunlara əlavə və dəyişiklikləri qəbul edib
# 12 fevral 2010 14:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Fərdi məlumatlar haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilərək qəbul olunub. APA-nın məlumatına görə, sənəd haqqında parlamentin insan haqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. Komitə sədri deyib ki, qanunun əsas məqsədi fərdi məlumatların toplanması, işlənilməsi və mühafizəsinin qanunverici əsaslarını, milli informasiya məkanının fərdi məlumatlar seqmentinin formalaşdırılması və transsərhəd ötürülməsi sahəsində ümumi prinsipləri tənzimləməkdir.
Müzakirələrdə çıxış edən deputat Gülər Əhmədova Azərbaycanın internet məkanında ciddi problemlərin mövcud olduğunu deyib: “Kim zəmanət verəcək ki, internet vasitəsilə fərdi məlumatlar ötürülməyəcək. Azərbaycanın internet məkanında hansı işlərin görüldüyü ciddi təftiş olunmalıdır”.
Rafael Cəbrayılov sənədin qəbul edilməsinin zəruri olduğunu bildirib.
İclasda, həmçinin “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Hesablama Palatası haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət satınalmaları haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər qəbul edilib.
Millət vəkilləri “Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavə edilməsi barədə qanuna da səs veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR