Bank Of Baku

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub
# 12 fevral 2010 15:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. APA-nın məlumatına görə, sənəd haqqında iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, bu qanun Azərbaycan vətəndaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Komitə sədri deyib ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunvericilik Azərbaycan Konstitusiyasından, Mülki Məcəllədən, Əmək Məcəlləsindən, "Sığorta fəaliyyəti haqqında" qanunundan və bu gün müzakirə edilən qanundan, o cümlədən Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir.
Müzakirələrdən sonra 23 maddədən ibarət qanun layihəsi müsbət qiymətləndirilərək ikinci oxunuşda qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR