Bank Of Baku

Demokratiya Uğrunda İttifaq parlament seçkiləri ilə bağlı namizədlərini müəyyənləşdirməyə başlayıb

Demokratiya Uğrunda İttifaq parlament seçkiləri ilə bağlı namizədlərini müəyyənləşdirməyə başlayıb
# 13 fevral 2010 08:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalar bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı namizədlərini müəyyənləşdirməyə başlayıb. Bu barədə APA-ya ittifaqa daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Onun sözlərinə görə, ittifaq namizəd irəli sürmək imkanında olduğu dairələrin siyahısını hazırlayır. M. Mirəlioğlu DUİ-nin seçki qərargahının yaradıldığını və onun katibinin təyin olunduğunu qeyd edib: “Amma seçki qərargahına rəhbər təyin etməmişik. Müxalifətlə bir arada olduğumuz zaman bu addımı da atacağıq. Amma müxalifətlə bir arada ola bilməsək, o zaman öz seçki qərargahımızın rəhbəri müəyyənləşəcək. Biz istərdik ki, bu işi müxalifətlə birgə aparaq”.

Parlament seçkilərində müxalifət liderlərinin namizəd olacağı dairələrdən digər müxalifət partiyalarının namizəd irəli sürməməsi təkliflərinə gəlincə, M. Mirəlioğlu bildirib ki, bu məsələ istənilən dövrdə aktual olub: “Amma buna nə dərəcədə əməl olunub, bu ayrı məsələdir. Bizim üçün bu məsələ indi də aktualdır. Qələbə qazanmaq istəyənlər bu addımı atmalıdırlar. Amma kimsə kiminsə əlinə oynayacaqsa, bu başqa məsələdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR