Bank Of Baku

Pənah Hüseyn: “Müəyyən partiyaların kənarda qalması müxalifətin birliyinə xələl gətirə bilər”

Pənah Hüseyn: “Müəyyən partiyaların kənarda qalması müxalifətin birliyinə xələl gətirə bilər”
# 13 fevral 2010 09:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “İsa Qəmbərin hazırkı statusu müxalifətin birliyi məsələsində ona müəyyən səlahiyyət və imkanlar yaradır. Mən “müxalifətin birliyində məsuliyyətin əsasən İsa Qəmbərin üzərinə düşür” deyərkən onun malik olduğu imkanları nəzərdə tutmuşam və o bir lider olaraq bu imkanlardan istifadə etməlidir”. Bunu APA-ya açıqlamasında millət vəkili Pənah Hüseyn deyib. Onun sözlərinə görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər parlament seçkiləri ilə bağlı hər bir seçki dairəsindən güclü namizəd modelini irəli sürüb və bununla hamı razıdır: “Bizim də təklifimiz ondan ibarətdir ki, müxalifətin bir araya gəlməsi üçün heç bir böyük şərtlər qoymadan partiyalar toplanıb ümumi situasiyanı, ölkədə müxalifətlə bağlı olan problemləri müzakirə etsinlər. Burada əlbəttə ki, İsa bəy də öz fikirlərini, təkliflərini səsləndirə bilər. Bunu da diqqətə çatdırmağı lazım bilirəm ki, son dövrdə müxalifət liderləri arasında təəssüf doğuran bəzi məsələlər var. Mən müxalifətdə olan ayrı-ayrı siyasi liderlərin haqqında səslənən fikirləri nəzərdə tuturam”.

P. Hüseyn onu da bildirib ki, parlament seçkiləri ilə bağlı məsələləri müxalifət indidən müəyyən etməlidir: “Bu nə qədər tez olsa, o qədər yaxşıdır. Yəni ən uzağı fevralın sonuna qədər bir sıra məsələlər öz həllini tapmalıdır. Bununla bağlı bizim təkliflərimiz var, başqalarının da təklifləri də varsa onu da müzakirə etməyə hazırıq. Amma müəyyən partiyalar var ki, onların kənarda qalması müxalifətin birliyi dediyimiz məsələyə xələl gətirə bilər. İndiki mərhələdə müxalifətin birliyinin alternativi yoxdur”.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər APA-ya müsahibəsində bildirib ki, əgər müxalifətin birliyi ilə bağlı məsuliyyət onun üzərinə qoyulursa, o zaman onun səlahiyyəti olmalı və onun irəli sürdüyü təkliflərə diqqət yetirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR