Bank Of Baku

Əli Əliyev: “Lalə Şövkətin “Azadlıq” bloku daxilində müxalifətin sərhədlərinin müəyyənləşməsi ilə bağlı başlayan müzakirələrə yanaşması fərqlidir”

Əli Əliyev: “Lalə Şövkətin “Azadlıq” bloku daxilində müxalifətin sərhədlərinin müəyyənləşməsi ilə bağlı başlayan müzakirələrə yanaşması fərqlidir”
# 13 fevral 2010 11:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin “Azadlıq” bloku daxilində müxalifətin sərhədlərinin müəyyənləşməsi ilə bağlı başlayan müzakirələrə yanaşması fərqlidir. Bu barədə APA-ya blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib: “Biz məsələnin bir qədər detallı araşdırılmasının tərəfdarıyıq. Lalə xanım isə müxalifətin ümumi olaraq bir yerdə olmasının tərəfdarıdır. O məsələyə bir qədər fərqli yanaşa bilər, amma belə müzakirələrin aparılmasının əleyhinə olması barədə deyilənlər düzgün deyil”. Ə. Əliyevin sözlərinə görə, əgər Lalə Şövkət bu müzakirələrin əleyhinə olsa idi, o zaman bu müzakirələrə qatılmazdı: “Biz bu müzakirənin birinci raundunu aparmışıq. Lalə xanım da müzakirələrdə iştirak edib, öz fikrini, yanaşmasını ifadə edib. Biz gələn həftə bu müzakirəni blok daxilində etdiriləcək. Amma yekun qərarın olub-olunmayacağı bilinmir. Əməkdaşlıq edəcəyimiz partiyaların siyahısının müəyyənləşməsində ümumi razılığa gələ bilmədiyimizə görə müzakirələri ötən iclasda yarımçıq saxlamışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR