Bank Of Baku

Bir qrup dindarın Şəhidlər Xiyabanına yürüşü zamanı polislə yaranmış qarşıdurma ilə bağlı mətbuat konfransı keçirilib

Bir qrup dindarın Şəhidlər Xiyabanına yürüşü zamanı polislə yaranmış qarşıdurma ilə bağlı mətbuat konfransı keçirilib
# 15 fevral 2010 12:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Fevralın 13-də bir qrup dindar Şəhidlər Xiyabanına yürüş edərkən polislə yaranmış qarşıdurma ilə bağlı bu gün İslam Partiyasının qərargahında mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən İslam Partiyasının sədri Mövsüm Səmədov bildirib ki, dindarların yürüşündə heç bir siyasi şüar səsləndirilməyib, yalnız mərsiyələr oxunub. O, dindarların yürüşünün polis tərəfindən dağıdılmasının qeyri-qanuni olduğunu qeyd edib.

Partiyanın keçmiş sədri Hacıağa Nuri dindarlara qarşı münasibətin radikal həddə çatdığını deyib. O, həbs edilən dindarların azad olunmasını tələb edib.

Fəzilət Partiyasının sədri Gündüz Hacıyev isə həbsdə olan dindarların müdafiəsinin təşkilinin vacibliyini vurğulayıb.

Birlik Təşkilatının sədri Namiq Babaxanov və digər çıxış edənlər də baş vermiş hadisəni pisləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR