Bank Of Baku

ADP ATƏT-in yeni sədri ilə görüşə dəvət olunmamasını pisləyib

ADP ATƏT-in yeni sədri ilə görüşə dəvət olunmamasını pisləyib
# 15 fevral 2010 14:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) rəhbərliyi ATƏT-in yeni sədri ilə görüşə bu partiyanın dəvət olunmamasını pisləyib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin iclasında qurum üzvləri ATƏT-in fəaliyyətdə olan sədrinin seçmə qaydada görüşlər keçirməsini yanlış adlandırıblar və bu yanaşmanın qurumun elan etdiyi demokratik dəyərlərlə uyğun gəlmədiyini bildiriblər. Bununla bərabər parlament seçkiləri ərəfəsində ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfərinin demokratiya və regionda təhlükəsizlik məsələlərinin diqqətdə saxlanılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Toplantıda Ermənistan prezidenti Serj Sarkisyanın İngiltərəyə səfəri zamanı Dağlıq Qarabağın, hətta Naxçıvan Muxtar Respublikasının qədim erməni əyalətləri olması barədə səsləndirdiyi fikirlərə də diqqət yetirilib. Partiya rəhbərliyi Azərbaycan hakimiyyətini erməni fitnəkarlığından qaynaqlanan bu bəyanata müvafiq təkzib verilmədiyi təqdirdə, adı çəkilən dövlətlə aparılan danışıqları dayandırmağa çağırıb.

İdarə Heyəti müxalif qüvvələrin parlament seçkiləri ərəfəsində bir araya gəlməsi ilə bağlı da müzakirə apararaq bunun vacib olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR