Bank Of Baku

Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqın təklifini qəbul edib

Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqın təklifini qəbul edib
# 15 fevral 2010 15:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqın bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məsləhətləşmə aparmaq barədə təklifini qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan xəbərə görə, Müsavat Divanının fevralın 15-də keçirilən iclasında ittifaqın təklifi müzakirəyə çıxarılıb. Partiya rəhbərliyi bu müzakirələrdə iştirak etmək qərarı verib.

İclasda partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının rayon təşkilatlarının vəziyyətinə dair məlumatı da dinlənilib. Məlumat partiyanın parlament seçkilərinə hazırlığı kontekstində dəyərləndirilib və konkret tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR