Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib

Azərbaycan Milli Məclisinin sədri ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
# 15 fevral 2010 15:55 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi və xarici işlər naziri Kanat Saudabayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, O. Əsədov ATƏT-in fəaliyyətdə olan sədrinin regiona səfərini bölgədəki ictimai-siyasi vəziyyəti yerində öyrənmək baxımından yüksək qiymətləndirib. Azərbaycanla ATƏT arasında faydalı əməkdaşlığa diqqət çəkən O. Əsədov gələcəkdə də əlaqələri genişləndirmək niyyətində olduqlarını söyləyib: “Dağlıq Qarabağ münaqişəsi nəinki regionun inkişafına böyük maneçilik törədir, həm də Avropanın təhlükəsizlik arxitekturasını təhdid edir. Bu cür münaqişələrin həllinin uzadılması olduqca təhlükəlidir. Gürcüstanda baş vermiş məlum hadisələr bunun əyani sübutudur. Bu gün dünyada 1500-dən çox bu cür münaqişə mövcuddur. Əgər məsələyə xalqların öz müqəddəratını təyinetmə hüququ prizmasından yanaşsaq, onda dünyanın siyasi xəritəsi yenidən cızılmalıdır”.

K. Saudabayev isə ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk səfərini Azərbaycana etdiyini vurğulayıb: “ATƏT ölkəmizin sədrliyi dövründə Dağlıq Qarabağ probleminin həlli üçün səylərini daha da artıracaq. Bölgəyə səfərdə məqsəd də vəziyyəti öyrənmək, mövcud münaqişənin aradan qaldırılması üçün tərəflərin mövqelərini dəqiqləşdirməkdir” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR