Bank Of Baku

“Azərbaycanın Avropaya inteqrasiyası: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

“Azərbaycanın Avropaya inteqrasiyası: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib
# 16 fevral 2010 08:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. NATO Azərbaycan Beynəlxalq Məktəbinin təşkilatçılığı ilə “Azərbaycanın Avropaya inteqrasiyası: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən məktəbin direktoru Mikayıl Yusifov Azərbaycan - NATO əlaqələrindən danışıb. O bildirib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan gənclərində NATO haqqında müəyyən təsəvvür yaranıb: “Biz Bakıda və bölgələrdə gənclərlə görüşlər keçirmişik. Bölgələrdə NATO haqqında məlumatlar daha azdır. Biz belə tədbirləri davam etdirməklə bu problemin aradan qaldırılmasına yardımçı olmağa çalışırıq”.

Dövlət İdarəetmə Akademiyasının Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elman Nəsirov isə deyib ki, Azərbaycan dövlətinin xarici siyasətində istənilən xətt Dağlıq Qarabağ münaqişənin həllinə yönəlib: “NATO ilə münasibətlərin kökündə də bu məsələ dayanır. Azərbaycan problemin həllində NATO-nun müəyyən köməyinə nail olmaq istəyir”. E. Nəsirovun fikrincə, Azərbaycanı NATO-nun bir sıra addımlarını dəstəkləsə də, adekvat cavab görməyib.

Tədbirdə Azərbaycanın Avropaya inteqrasiya siyasətində perspektivlər və problemlər, Azərbaycanın xarici siyasətində Avropaya inteqrasiyanın önəmi mövzularında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR