Bank Of Baku

Sabir Rüstəmxanlı Türkiyəyə gedib

Sabir Rüstəmxanlı Türkiyəyə gedib
# 16 fevral 2010 10:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Türkiyəyə səfər edib. DAK-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu ölkədə bir sıra ictimai-siyasi təşkilatlarla görüşlər keçirdikdən sonra S. Rüstəmxanlı Almaniyaya yola düşəcək. O, fevralın 26-da Köln şəhərində DAK, Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) və Kölndə fəaliyyət göstərən Azərbaycan Kültür Ocağının təşkilatçılığı ilə Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş konfransa qatılacaq. Konfransda Almaniyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar iştirak edəcək. Konfransda dünya ictimaiyyətinin bu hadisəyə loyal münasibəti pislənəcək, beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR