Bank Of Baku

Elçin Behbudov bloqqerlər Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılması xahişi ilə prezidentə müraciət edib

Elçin Behbudov bloqqerlər Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılması xahişi ilə prezidentə müraciət edib
# 16 fevral 2010 12:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov həbsdə olan bloqqerlər Adnan Hacızadə və Emin Milli ilə bağlı prezident İlham Əliyevə məktub ünvanlayıb. E. Behbudovun APA-ya verdiyi məlumata görə, məktubda prezidentin Azərbaycanda vətəndaşların sosial və iqtisadı vəziyyətinin yaxşılaşdırılması, insan hüquq və azadlığının müdafiəsi, cəmiyyətin inkişafı üçün mühüm işlər görüldüyü qeyd olunub.

Məktubda prezidentin cinayət törətmiş və bu əməlindən peşman olan insanlara qarşı böyük humanizm göstərdiyi də bildirilib: “Sizin humanistliyinizi diqqətə alaraq, hal-hazırda həbs olunan Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanan gənclər Adnan Hacızadə və Emin (Milli) Abdullayevin azad olunması üçün müvafiq tədbirlər görməyinizi xahiş edirik. Hesab edirik ki, Siz bu addımı atmaqla prezidentin humanist və bütün Azərbaycan vətəndaşlarının prezidenti olduğunuzu bir daha təsdiq edəcəksiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR