Mirmahmud Mirəlioğlu: “Lalə Şövkətdən üzr istəyirəm” – MÜSAHİBƏ
- Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqın parlament seçkiləri ilə bağlı birgə toplantı keçirmək təklifini qəbul edib. Bundan sonrakı addım nə olacaq?
- Bu məsələ ilə bağlı Müsavat partiyasının Divanında qərar qəbul olunandan sonra İsa bəy bu barədə bizi məlumatlandırdı, biz də ona təşəkkür etdik. Bu qərarı təqdir edirik. Ona görə ki, bəzi bədgüman dostlarımız bu təklifi geri çəkməyi istəyirdilər. Amma bunlara baxmayaraq, biz səbirlə gözlədik, Müsavat da sağ olsun ki, təklifi qəbul etdi. Növbəti addım isə nəzərdə tutulduğu kimi, 2010-cu il parlament seçkilərində necə iştirak etmək məsələlərini bir yerdə müzakirə etmək və daha kimlərlə bir yerdə ola bilərik məsələlərini müəyyənləşdirməkdir. Hər halda biz addım-addım bu istiqamətdə irəliləməyə çalışacağıq. Bu təkcə bizim təklifimiz deyil, sosial bir sifarişdir. Buna nail olmaq fikrindəyik.
- Pənah Hüseyn müxalifətin seçkilərdə birgə iştirak ilə bağlı müəyyən partiyaların adlarını çəkib. Bu DUİ-nin təklifidirmi?
- Xeyr. DUİ-nin bu məsələdə təşəbbüsü bundan ibarətdir ki, “Azadlıq” bloku, Müsavat Partiyası və DUİ-nin birgə müzakirələri aparılsın. Heç kimdə də bədgümanlıq, narahatlıq yaranmasın deyə, bu qurumlarla bir yerdə ilk toplantımızda təkliflərin ortaya çıxmasını istəyirik.
- Bəs nəyə görə məhz bu üç qurum seçilib?
- Əslində, Azərbaycanda olan çeşidli, rəngarəng müxalifətin bütün nümayəndələrinin hamısı bizim müzakirələrimizdən keçib. Mübahisəsiz bu üç qurum qəbul edilib. Digər təkliflər də olub, amma keçməyib, yəni hamı səs verməyib. Biz həm də hesab edirik ki, növbəti görüşlərimizdə həmin partiyaların da adları çəkilə bilər, müzakirə olunar. Bu məsələlərə hamımız bir yerdə baxacağıq.
- Yəni sonrakı mərhələdə digər partiyaların da bu müzakirələrə qoşulması mümkündürmü?
- Bu tamamilə başqa məsələdən asılıdır. Yəni digərlərinin adından danışa bilmərəm, bu müzakirələr nəticəsində ortaya çıxacaq təkliflərdən asılı ola bilər.
- “Azadlıq” bloku Sizin təklifinizə hər hansı cavab veribmi?
- Şəxsən mən tələsməyin tərəfdarı deyiləm. Ola bilsin, adamlar toplaşa bilmirlər, ola bilər toplaşırlar. Müxtəlif informasiya və mülahizələr var. Bütün bunlardan asılı olmayaraq gözləyirik. Biz onların əvəzinə qərar qəbul edə bilmərik.
- Müsavat Partiyası parlament seçkilərində hər seçki dairəsindən güclü namizəd irəli sürmək təklifi ilə çıxış edib. Bu təklifə münasibətiniz necədir?
- Ümumiyyətlə, bütün seçkilərdə müxalifət çalışıb ki, seçkilərdə güclü namizədlə iştirak etsin. Bu bir aksiomadır, bu indi də belə olmalıdır.
- Siz müxalifətin seçkilərə birgə getməsi təşəbbüsünü irəli sürmüsünüz, amma hazırda müxalifət daxilində qarşıdurma başlayıb. Bu, bir-birinə zidd olan prosesləri necə qiymətləndirirsiniz?
- Mən müxalifət düşərgəsində qarşıdurmanın olduğunu düşünmürəm. Müxalifət olan, bu və ya digər müstəvidə bir yerdə olan həmfikir şəxslər arasında qarşıdurma olmamalıdır. Əgər belə qarşıdurma varsa, bu o deməkdir ki, onlar bir düşərgədə deyillər.
- Amma hazırda qarşı duran tərəflər illərdir müxalifət mövqeyindən çıxış edirlər...
- Mən bu barədə fikrimi dedim. Bu məsələyə öz subyektiv fikirlərimlə müdaxilə etmək istəmirəm.
- Ümumiyyətlə, bu proses müxalifətə hər hansı zərər verirmi?
- Hətta insanın özünün nəfəs alması belə zərərlidir. Çünki bu, hər an ölümə doğru bir addımdır. İstənilən məsələdə isə zərər də, xeyir də tapmaq mümkündür. Bu həmin məsələləri araşdıranın necə axtarmasından asılıdır.
- Bu qarşıdurmalar İsa Qəmbərin agent məsələsi ilə bağlı çıxışından sonra başladı...
- Bu mövzu kifayət qədər gecikib, yaşın bu vaxtında, ilin bu çağında bu mövzuda danışmağın doğru olmadığını düşünürəm. Eyni zamanda hər kəs öz dediyinə cavabdehdir. Ola bilsin, kimsə bu məsələni bu gün aktual sayır, ola bilsin biz bir az sonra aktual sayarıq. Bu məsələdə hər kəsin subyektiv fikirləri var. Amma bütün hallarda bu məsələ işin xeyrinə deyil. Bunu o zaman deyirlər ki, birdəfəlik qırılırlar. Amma axı indi seçki ilidirsə və bu, qarşı tərəfə kifayət qədər bəhanə verirsə, bizə qarşı, müxalifətə qarşı total səfərbərliyə səbəb olursa, bunun xeyri nədir?
- Müxalifət daxilində xarici dövlətlərin xüsusi xidmət orqanlarına çalışan şəxslərin olduğunu düşünürsünüzmü?
- Olmamış olmaz. Amma bu mənim mövzum deyil, heç İsa bəyin də sahəsi deyil. Birdən-birə nə baş verdi, bilmirəm.
- “Ölkə” qəzetində Lalə Şövkətlə “Madam” adlı agent kimi təqdim edildi. Sizə yaxın hesab olunan bu qəzetdə belə bir yazının dərc olunmasını necə izah edərdiniz?
- “Ölkə” qəzetində yazılanlarla bağlı narahatçılığı başa düşmürəm, xüsusilə də kənardakıların narahatlığını... Üstündən bir neçə gün keçəndən sonra “Yeni Müsavat” qəzetinin bunu aktuallaşdırması təəssüf doğurur. Digər tərəfdən, bəzi adamların narahatlığı var və bu, başa düşüləndir. Xüsusilə də, Əvəz Temirxanı qeyd etmək istərdim. Mən bu məsələdə tutduğu mövqeni ona yaraşdırmıram. “Ölkə” qəzetini bizim adımızla bağlayırlar, amma bu, qəzet müstəqildir. Məni tanıyanlar bilirlər ki, demokratiyaya, söz azadlığına münasibətim necədir və mənə yaxın olmayan Azərbaycan mətbuatı yoxdur. Bu, birmənalı belədir. Lalə xanımla bağlı “Ölkə” qəzetində gedən məqalə ilə bağlı mən bu məsələni işləyib hazırlayanların əvəzinə, oxucu kimi də, Mirmahmud kimi də Lalə xanımdan üzr istəyirəm. Hesab edirəm ki, bu çox yaramaz, məsələyə dəxli olmayan məsələdir. Kimin nə olmağı, necə olmağı bütün cəmiyyətdə var. Bu məsələnin qəzetdə necə yazılmasından asılı olmayaraq, kimin onu necə şişirtməsindən asılı olmayaraq, Lalə xanımı hər kəs tanıyır. Hesab edirəm ki, xanımın haqqında hörmət və ehtiramla danışmaq, düşmənçilik edəndə də bunu normal etmək lazımdır. Şübhəsiz burada iki məqam var və biz bunu araşdırırıq. Bu məqam ondan ibarətdir ki, bu məsələdə iqtidarın da, müxalifətin də rolu ola bilər. Bununla bağlı araşdırma aparırıq. Bundan faciə düzəltmək lazım deyil. Bu, əslində DUİ-nin başladığı işə zərbə vurmaqdır, başqa şey deyil.
- Bu məqalədə yazılanların həqiqətə yaxınlığı varmı?
- Bunun həqiqət olub-olmadığını bilmirəm. Bu məsələnin “Ölkə” qəzetində yazılmasını böyük ayıb sayıram. Hesab edirəm ki, bu, doğru deyil. Kimsə bundan tiraj qaldırmaq, satış əldə etmək istəyirlərsə, kimsə hesab edirsə ki, artıq bununla müxalifətin birliyinə zərbə vurdu, yanılır.
- Siz burada iqtidarın da rolunu istisna etmirsiniz. Amma bu məsələni əvvəlcə İsa Qəmbər gündəmə gətirib. Burada da iqtidarın rolunun olduğunu düşünürsünüz?
- Mən bu məqalənin hazırlanmasında iqtidar təmsilçilərinin rolunun olduğunu deyirəm, lakin müxalifətin əlinin olduğunu da istisna etmirəm.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb