Bank Of Baku

GUAM-la BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə idarəsi birgə seminar keçirib

GUAM-la BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə idarəsi birgə seminar keçirib
# 16 fevral 2010 14:19 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. GUAM-ın Kiyev şəhərində yerləşən katibliyində bu təşkilatla BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə idarəsi terrorçuluğa qarşı mübarizədə beynəlxalq hüquqi əməkdaşlığın təkmilləşdirilməsi məsələsinə həsr olunmuş iki günlük subregional seminar keçirib. APA-nın xəbərinə görə, seminarda GUAM ölkələrindən olan hakimlər, prokurorlar, hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri, BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə idarəsinin nümayəndələri, eləcə də ABŞ, Almaniya, Bosniya-Herseqovina, Avropa Birliyi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu, Avropa Şurasının terrorçuluq üzrə Ekspertlər Komitəsindən gələn mütəxəssislər iştirak edib.

İştirakçılar terrorçuluqla bağlı cinayət işlərində qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərini tənzimləyən universal hüquqi çərçivələr və Avropa Şurası konvensiyalarının implementasiyasına dair fikir mübadiləsi aparıb. Terrorçuluğa qarşı beynəlxalq əməkdaşlıq sahəsində ABŞ, Almaniya, Bosniya-Herseqovina və GUAM ölkələrinin praktikası, eləcə də ekstradisiya və qarşılıqlı hüquqi yardım məsələlərində qanunun aliliyinə riayət edilməsi nəzərdən keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR