Bank Of Baku

Lalə Şövkət: “Müsavat Partiyasının başqanı mənə qarşı düşmənçilik mövqeyindən çıxış edir”

Lalə Şövkət: “Müsavat Partiyasının başqanı mənə qarşı düşmənçilik mövqeyindən çıxış edir”
# 17 fevral 2010 12:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bu gün Müsavat Partiyasının başqanı mənə qarşı düşmənçilik mövqeyindən çıxış edir. Belə bir məqamda əgər müxalifətin ümumi birliyi olmasa, Liberal Partiyası Müsavatla hansısa məhdud bir birlikdə ola bilməz. Bu mümkün deyil”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət deyib. Bu məsələyə tərəfindən nöqtə qoyulduğunu bildirən ALP liderinin sözlərinə görə, düşmənçilik olan yerdə əməkdaşlıq mümkün deyil: “Mən hələ yanvarın əvvəlində mətbuatda məqalə ilə çıxış edib müxalifətin parlament seçkilərinə vahid siyahı ilə getməsini təklif etdim. Müxalifətin çox zəif vaxtında, fəaliyyətinin məhdud bir dövründə, iqtidarın güclü vaxtında bu, vacibdir. Bu gün müxalifətin fəaliyyəti üçün heç bir resursu yoxdur. De-fakto bu gün siyasi partiyaların fəaliyyəti durğunluq içindədir. Mən namizədlərin alternativsiz olmasını təklif etdim. Bu indiki vaxt üçün çox mühüm məsələdir. Əks halda heç bir uğur qazanmaq mümkün olmayacaq. Bu təklifdən sonra isə hamı gördü ki, mənə qarşı hansı müharibələr elan olundu. Bu məsələlər “Azadlıq” blokunda müzakirə olunacaq. Qərar qəbul olunandan sonra biz öz mövqeyimizi bildirəcəyik. Hər halda mənim təklifim müxalifətin bütün birliyi idi. Bu vahid siyahıda görkəmli ziyalılarımız, ictimai xadimlər, gənclər və jurnalistlərin təmsil olunmasını istəyirdim. Amma bu təklifin müqabilində baş verənlər məlumatdır”.

Lalə Şövkətin sözlərinə görə, birlik əməkdaşlıq deməkdir. Bu, əməkdaşlıq olmayanda və düşmənçilik mövqeyi olan bir yerdə birliyin mümkün olmadığını deyən ALP lideri hesab edir ki, bu münasibətlər olan yerdə yaranan birliyin də uğuru ola bilməz: “Ona görə ki, düşmənlə yol gedə bilməzsən”.

Müsavat Partiyası rəhbərliyinin yalnız AXCP ilə əməkdaşlıq etməsi barədə fikirlərinə gəldikdə, Lalə Şövkət bu məsələyə özü tərəfindən hər hansı maneənin olmadığını vurğulayıb: “Mən bunu Əli Kərimliyə də demişəm ki, əgər Müsavatla AXCP birləşib hansısa uğur qazana bilərlərsə, mən özüm təkidlə istəyərəm ki, AXCP və Müsavat birləşsin. Bu məsələdə mənim tərəfimdən nəinki etiraz, nəinki maneə ola bilməz, hətta özüm deyirəm ki, uğur əldə edə bilərlərsə, mən bunun tərəfdarıyam. Ona görə də bu məsələdə AXCP özü qərar verməlidir. Hər halda mənim tərəfimdən etiraz və maneçilik ola bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR