Bank Of Baku

Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak edəcək

Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak edəcək
# 17 fevral 2010 16:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatları Adil Əliyev və Fəzail Ağamalı MDB Parlamentlərarası Assambleyasının fevralın 18-19-da keçiriləcək tədbirlərində iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə yola düşüblər. APA-nın məlumatına görə, öncə MDB PA-nın Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası olacaq. İclasda MDB ölkələri üçün hazırlanan model qanunlara, o cümlədən “Dövlət sərhədi haqqında”, “Sərhəd təhlükəsizliyi haqqında” və digər qanun layihələrinə dair məruzələr dinləniləcək. Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinə həsr edilmiş beynəlxalq konfransa, həmçinin bu əlamətdar yubileyin MDB miqyasında qeyd olunmasına hazırlıqla əlaqədar model qanunvericilik aktlarının işlənməsi məsələsinə baxılacaq. Parlamentarlar komissiyanın 2009-cu ildəki fəaliyyətinin yekunlarına da nəzər salacaqlar.

Sonra deputatlar MDB PA-nın təşkilatçılığı ilə keçiriləcək “Korrupsiyaya qarşı mübarizədə qanunvericilik təcrübəsi” mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər. Tədbirdə MDB ölkələrində, o cümlədən Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizənin qanunvericilik təminatının milli təcrübəsi barədə məlumatlar dinləniləcək və bu sahədə quruma üzv dövlətlərin əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər fevralın 21-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR