Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə dəyişiklik ediləcək

Azərbaycan Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə dəyişiklik ediləcək
# 17 fevral 2010 16:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, komitənin sədri, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov gündəlikdəki məsələlər haqqında məlumat verib. O bildirib ki, “Azərbaycan Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nə və Azərbaycanın Meşə Məcəlləsinə bir sıra redaktə xarakterli dəyişikliklər təklif olunur. Çıxışlarda deputatlar təklif olunan dəyişiklikləri məqbul hesab ediblər.

Müzakirəyə çıxarılan ikinci məsələ - “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi barədə məsələ də müzakirə olunub. Bildirilib ki, “Azərbaycanda hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna edilən əlavəyə əsasən ölkə vətəndaşlarının fiziki və mənəvi cəhətdən hazırlığının lazımi səviyyəsinə nail olmaq məqsədilə çağırışçıların fiziki hazırlıq proqramlarının, idman növlərinin siyahısının müəyyən olunması, bununla bağlı müvafiq qaydaların tətbiq edilməsi nəzərdə tutulur.

İclasdan sonra müzakirə olunan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR