Bank Of Baku

Əvəz Temirxan yumşalır

Əvəz Temirxan yumşalır
# 18 fevral 2010 07:52 (UTC +04:00)
Bakı-APA. Məlum olduğu kimi, Müsavat Partiyasının Divanı Demokratiya Uğrunda İttifaqın “Azadlıq” bloku-Müsavat-DUİ birliyi təklifinə müsbət cavab verib. “Azadlıq” blokundan isə hələ də hər hansı bir reaksiya yoxdur.

Ötən həftə mətbuatda gedən məlumatlarda deyilirdi ki, “Azadlıq” blokunun DUİ-nin təklifinə cavab verməməsi blokdakı Liberal Partiyasının razılaşmaması ilə bağlıdır. Liberal Partiyasının DUİ-nin təklifinə qarşı olmasının səbəbi kimi isə təklifdə Müsavat Partiyasının da qapalı toplantıda iştirakının nəzərdə tutulması göstərilirdi. Liberal Partiyanın liderinin və sədr əvəzinin ötən həftə Müsavat rəhbərliyini düşmən elan etməsi mətbuatda dərc olunan bu cür informasiyaların həqiqət yükünü daha da artırmış oldu.
Dünən Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxanın mia.az saytına verdiyi açıqlamadan isə belə qənaətə gəlmək olar ki, liberallar mövqelərində bir qədər loyallaşıblar. Son bir neçə həftədə KİV-ə verdiyi saysız-hesabsız açıqlamalarda ilk dəfədir ki, Ə.Temirxan Müsavat Partiyasının adını çəkməyib və “Müsavatın olduğu toplantıda və ya birlikdə ALP-nin olması mümkün deyil” bəyanatını səsləndirməyib.
Əvəz Temirxan bildirib ki, DUİ-nin təklifi “Azadlıq” blokunda müzakirə edilməkdədir: “Bu təkliflər ”Azadlıq" blokundakı partiyalar tərəfindən öyrənilməkdədir. Yəqin ki, blok məsələni birgə müzakirə edib hansısa qərarı verəcək. ALP-yə gəlincə, biz hesab edirik ki, konkret olaraq bir partiyanın mövqeyini ümumblok kontekstindən kənarda müzakirəyə çıxarmağa ehtiyac yoxdur, çünki bu doğru olmazdı. Blok daxilində bu barədə müəyyən fikirlər var, araşdırılır. Sözsüz ki, yekunda münasibət bildiriləcək".
Ə.Temirxan onu da qeyd edib ki, onun özü üçün nəzərdə tutduğu müxalifətin müəyyən birlik formatı var. Onun fikrincə, nəzəri cəhətdən daha məqsədəuyğun olardı ki, müxalifətdə olan partiyalar bir blokda olsunlar: “Amma bu, nə dərəcədə mümkündür, onu deyə bilmərəm. Ancaq hər halda deyə bilərəm ki, Azərbaycanda demokratiyanın belə zəiflədildiyi, avtoritarizmin diktaturaya keçdiyi, beynəlxalq təşkilatların ölkəmizdə demokratiyaya biganə dövründə daha çox qüvvələrin bir araya gəlməsinə ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR