Azərbaycan prezidenti yanında müşavirə keçirilib
Dövlət başçısı həmin proqramın müxtəlif sahələri əhatə etdiyini, burada nəzərdə tutulan tədbirlərin icra mexanizmlərinin, vaxtının və maliyyə mənbələrinin də əksini tapdığını bildirib.
Dünyada maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi sahədə nailiyyətlər qazandığını deyən İ. Əliyev iqtisadi uğurların daha da möhkəmləndirilməsi ilə yanaşı, hazırda ekoloji problemlərə də xüsusi diqqət yetirilməsinin vacibliyini diqqətə çatdırıb. Dövlət başçısı neftlə çirklənmiş ərazilərin təmizlənməsi, içməli su, kanalizasiya, məişət tullantılarının utilizasiyası və s. istiqamətlərdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ekoloji problemlərin həlli ilə bağlı 2010-cu ildə və növbəti illərdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə prezidentə ətraflı məlumat veriblər.
Dövlət başçısı Bakı və Abşeron yarımadasında 3 milyondan çox ağacın əkilməsi ilə əlaqədar yaşıllaşdırma tədbirlərində əhalinin yaxından iştirakının əhəmiyyətini vurğulayıb.
Hövsan Aerasiya Stansiyasının istifadəyə verilməsinin paytaxtın kanalizasiya probleminin həllinə önəmli töhfə olduğunu bildirən prezident beynəlxalq təcrübə əsasında kanalizasiya sularının təkrar istifadəsi layihəsinin hazırlanmasının vacibliyini söyləyib. Dövlət başçısı Bakının içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin yaxın zamanlarda başa çatdırılacağını vurğulayıb, bölgələrdə içməli suyun tərkibinin yaxşılaşdırılması üçün quraşdırılan modul qurğuların sayının artırılması və bu layihənin tətbiq edildiyi ərazilərin genişləndirilməsi barədə tapşırıqlar verib. Bakı buxtasının təmizlənməsi tədbirlərinin də həyata keçirilməsi məsələsinə toxunan prezident Xəzər dənizinin suyundan içməli su kimi və suvarma məqsədi ilə istifadə edilməsinin beynəlxalq təcrübəyə uyğun mümkünlüyünü də diqqətə çatdırıb.
Dövlət başçısı havanın çirkləndirilməsinin qarşısının alınması, meşələrin qorunması, Abşeron yarımadasındakı göllərin bəzilərinin qurudulması, bir sıra göllərin isə istirahət məkanına çevrilməsi, bərpa olunan enerji mənbələri üzrə layihələr və s. məsələlərlə əlaqədar fikirlərini bildirib, müzakirə edilən bütün mövzulara dair kompleks layihələr və təkliflərin hazırlanmasını tapşırıb.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Əfqanıstanda məktəbdə partlayış olub
Sabahın hava proqnozu açıqlanıb
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
“AzerGold”un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb - FOTO - VİDEO
103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı Əbiş Zamanov vəfat edib
Zelenski: Ukraynanın təhlükəsizlik təminatları Aİ üzvlüyü və güclü ordunu əhatə etməlidir
"Financial Times": ABŞ Britaniyadakı aviabazaya dron hücumunun qarşısını alıb
Bərdədə ər-arvad dəm qazında boğulub, biri ölüb
Azərbaycan lideri Mavritaniya Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik edib
İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb
Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib
Avropa Komissiyasının nümayəndəsi: Aİ Naxçıvan dəmir yolu üzrə texniki araşdırma aparır, bu, region üçün strateji layihədir - MÜSAHİBƏ
Ukrayna ötən gecə Rusiyanın iki neft obyektinə zərbə endirib - VİDEO
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir
Dünən gecə Ukraynanın Rusiyaya ən böyük dron hücumlarından biri baş verib
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
KTMT: Ermənistanın təşkilatdan çıxarılması məsələsi gündəmdə deyil
Xaçmazda maşın ağaca çırpılıb, 26 yaşlı sürücü xilas edilib - VİDEO
“NYMEX” birjasında təbii qazın dəyəri azalıb
“Brent” markalı neft ucuzlaşıb
Ağsuda iki maşın toqquşub, bir nəfər ölüb
Polşa Baş Prokurorluğu Kaçinskinin də həlak olduğu Smolensk təyyarə qəzasının səbəbini açıqlayıb
Azərbaycan nefti 101.4 dollara ticarət olunur
Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı humanitar fəaliyyətini davam etdirdiyini bildirib
Almaniyada dron aşkarlanması hava limanında uçuşların dayandırılmasına səbəb olub
Səudiyyə Ərəbistanı husilərin raketini havada məhv edib
Vaşinqton hava limanında iki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub