Bank Of Baku

Mübariz Əhmədoğlu: “Ermənistanın konstruktiv mövqe nümayiş etdirməyəcəyi təqdirdə, müharibə variantı daim gündəmdə qalır”

Mübariz Əhmədoğlu: “Ermənistanın konstruktiv mövqe nümayiş etdirməyəcəyi təqdirdə, müharibə variantı daim gündəmdə qalır”
# 18 fevral 2010 15:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Mübariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində keçirdiyi tədbirdə jurnalistlərin suallarını cavablandırıb. APA-nın məlumatına görə, politoloq bildirib ki, Qazaxıstanın ATƏT-ə sədrlik etməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək. Qazaxıstanın xarici siyasətinin elm və müasir texnologiyalara əsaslandığını deyən M. Əhmədoğlu Ermənistanın da Qazaxıstanın dəstəyinə ehtiyacının olduğunu qeyd edib: “Əgər sabah Ermənistan Qazaxıstanın ədalətli təklifinə “yox” desə, bu dəstəkdən məhrum ola bilər. Ermənistanın ən çox güvəndiyi parametr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Bu təşkilatda qərarlar konsensus yolu ilə qəbul olunur. Əgər Ermənistan Qazaxıstanın təkliflərinə biganə qalsa, rəsmi İrəvanın təşkilat daxilində də ciddi problemləri olacaq".

Politoloq bildirib ki, Ermənistanın konstruktiv mövqe nümayiş etdirməyəcəyi təqdirdə, müharibə variantı daim gündəmdə qalır: “Ermənistan mövcud variantlardan birinin üzərində dayanmalıdır. Əks təqdirdə, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmaya bilər. Azərbaycanın “ildırım sürətli müharibə” taktikasından imtina etməsi tamamilə mümkündür. Azərbaycan uzunmüddətli müharibə aparmaqla Ermənistanı çökdürə bilər. Bu zaman təkcə Dağlıq Qarabağ problemi deyil, “erməni məsələsi” də öz həllini tapar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR