Bank Of Baku

QAT Azərbaycan Ordusunun üç əsgərinin şəhid olması ilə əlaqədar bəyanat yayıb

QAT Azərbaycan Ordusunun üç əsgərinin şəhid olması ilə əlaqədar bəyanat yayıb
# 19 fevral 2010 10:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) cəbhə xəttində atəşkəsin pozulması və Azərbaycan Ordusunun daha üç əsgərinin şəhid olması ilə əlaqədar bəyanatla çıxış edib. QAT-ın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilib ki, bu fakt Ermənistanın torpaqları sülh yolu ilə azad etməyəcəyini bir daha sübut edir: “Azərbaycan hakimiyyətini hazırkı mövqeyindən çəkinib hərbi əməliyyatlara başlamağa çağıran QAT rəhbərliyi hesab edir ki, yalnız bu halda torpaqlar işğaldan azad edilə bilər: “Biz hesab edirik ki, Azərbaycanın müxalif qüvvələri də torpaqlarımızın hələ də işğal altında qalmasına görə məsuliyyət daşıyır. Müxalifət qüvvələrinin əksəriyyəti, qeyri-hökumət təşkilatlarının bir hissəsi, böyük bir politoloq və ekspertlər dəstəsi satılıblar, Azərbaycanın deyil, bir hissəsi Qərbin, digər hissəsi isə Rusiyanın maraqlarına xidmət edir, təslimçilik əhval-ruhiyyəsi yaratmağa çalışırlar”.

QAT Azərbaycanda təslimçilik xəttinin həyata keçirilməsinə imkan verməyəcəyini, Azərbaycanın işğalçı Ermənistana qarşı müharibəyə başlaması üçün bütün təsir vasitələrindən istifadə ediləcəyini bəyan edib: “Müharibə dərhal və ləngidilmədən başlamalıdır və bu müharibədə bütün xalq bir yerdə olmalı, iqtidarlı-müxalifətli bütün qüvvələr yumruq kimi birləşməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR