Bank Of Baku

VHP Ümumdünya Ana Dili Günü münasibətilə bəyanatla çıxış edib

VHP Ümumdünya Ana Dili Günü münasibətilə bəyanatla çıxış edib
# 19 fevral 2010 10:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 21 fevral - Ümumdünya Ana Dili Günü münasibətilə bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, İranda yerli əhalinin əksəriyyətinin türk olmasına baxmayaraq, fars şovinizmi onların ana dilində məktəb açmasına imkan vermir. Bir çox hallarda isə türklərin öz ana dilində danışmaları belə qadağan olunur.

VHP İranda ana dili uğrunda mübarizədə həbs olunan, sürgün edilən, öldürülənlərin sayının minlərlə olduğunu qeyd edib: “İllər boyu azadlığı və hürriyyəti uğrunda savaşan soydaşlarımızın son qisməti zindan, sürgün və ya ölüm olub. Bu gün fars şovinizminə qarşı duran ən böyük güc də məhz Azərbaycan türküdür. Gec-tez dünya tarixinin son imperialist və monarxist ideologiyası olan fars şovinizmi üçrəngli türk bayrağı altında keçmişə gömüləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR