Bank Of Baku

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
# 19 fevral 2010 14:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda komitə sədri Valeh Ələsgərov gündəlikdəki məsələlər barədə məlumat verib. O, bildirib ki, 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilən Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum aktının tətbiqi ilə əlaqədar “Qiymətli metallar və qiymətli daşlar haqqında”, həmçinin “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Qanunlara redaktə xarakterli dəyişikliklər təklif olunur: “Gündəlikdəki digər məsələdə nəzərdə tutulan dəyişikliklər isə “Azərbaycanın Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə və Meşə Məcəlləsində dəqiqləşdirmə aparılması ilə əlaqədardır”.

İclasda, həmçinin “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsinə də baxılıb. Bildirilib ki, 49 ölkə bu Konvensiyaya qoşulüb və dünya tonnajının 80 faizi məhz bu dövlətlər vasitəsilə həyata keçirilir. Azərbaycanın bu Konvensiyaya qoşulması onun beynəlxalq ticarət dövriyyəsinin artmasına, eləcə də əlaqələrinin inkişafına müsbət təsir göstərəcək.

Müzakirələrdən sonra sənədlər parlamentə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR