Bank Of Baku

“Bələdiyyələrin statusu haqqında” qanuna əlavə və dəyişikliklər Milli Məclisə tövsiyə edilib

“Bələdiyyələrin statusu haqqında” qanuna əlavə və dəyişikliklər Milli Məclisə tövsiyə edilib
# 19 fevral 2010 14:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilən “Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə məsələ təqdim edilib. Komitənin sədri Arif Rəhimzadə bildirib ki, layihədə bir sıra qanunlara, o cümlədən “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə qulluğu haqqında” və “Bələdiyyə üzvünün statusu haqqında” qanunlara ediləcək redaktə xarakterli müəyyən dəyişikliklər və əlavələr öz əksini tapıb.

İlasda, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı məsələ də müzakirə olunub.

Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR