Bank Of Baku

DAK İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

DAK İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 19 fevral 2010 14:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aksiyanın keçirilməsinə səbəb son vaxtlar İranda azərbaycanlılara qarşı təqib və təzyiqlərin şiddətlənməsinə, azərbaycanlıların həbs olunmasına, işgəncələrə məruz qalmasına etiraz bildirməkdir. Bundan əlavə, fevralın 18-19-da Azərbaycanın İrandakı səfirliyinin qarşısında etiraz aksiyaları keçirildiyinə diqqət çəkən DAK bu tədbirlərdə diplomatik korpusa və Azərbaycan bayrağına hörmətsizlik nümayiş etdirildiyini xatırladıb. DAK-ın Vətəndaş Həmrəyliyi Partiyası ilə birgə planlaşdırdığı aksiya fevralın 22-nə təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR