Bank Of Baku

Azərbaycan Milli Məclisinin növbəti iclası fevralın 23-də keçiriləcək

Azərbaycan Milli Məclisinin növbəti iclası fevralın 23-də keçiriləcək
# 20 fevral 2010 10:01 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin növbəti iclası fevralın 23-də keçiriləcək. APA-nın xəbərinə görə, iclasda bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik məruzəsi dinləniləcək. İclasda, həmçinin “Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr müzakirə olunacaq.

Deputatlar “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərə də münasibət bildirəcəklər.

Bundan başqa, Daxili Xidmət Nizamnaməsinə və Meşə Məcəlləsində də əlavə və dəyişikliklər də müzakirəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR