Bank Of Baku

Demokratiya və İnsan Haqları Komitəsinin sədri saxlanılan dindarla görüşüb

Demokratiya və İnsan Haqları Komitəsinin sədri saxlanılan dindarla görüşüb
# 20 fevral 2010 12:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə fevralın 13-də Bakıda aksiya keçirmək istəyən bir qrup dindarla polis arasında yaranan qarşıdurma zamanı saxlanılanlarla müvəqqəti saxlama məntəqəsində görüşüb. Ç.Qənizadənin APA-ya verdiyi məlumata görə, görüşün məqsədi bəzi mətbuat orqanlarında tutulan aksiya iştirakçılarına saxlanılandan sonra ilkin ifadələri alınan zaman zor tətbiq olunması haqda məlumat əldə etmək, o cümlədən hazırkı vəziyyətləri ilə tanışlıq olub. Ç.Qənizadə deyib ki, saxlanılan 5 aksiya iştirakçısından 4-ü ilə görüşə bilib: “Ötən gün saxlanılan şəxslərin yaxınlarının müraciəti ilə bağlı Yasamal rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynova telefonla müraciət etdim. Polis rəisi bəzi mətbuat orqanlarında gedən yazıların həqiqətə uyğun olmadığını və saxlanma şəraiti ilə tanış olmaq üçün imkan yaradılmasının mümkünlüyünü qeyd edib. Bu gün isə Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Məntəqəsində saxlanılanlar Ağəli Yəhyayev, Elçin Abbasov, Seymur Hüseynov və Elnur Səmədovla görüşdüm. Tutulanlardan Bilal Əhmədov Kürdəxanı İstintaq Təcridxanasında saxlanıldığından bu gün onunla görüşə bilmədim”.

Hüquq müdafiəçisinin sözlərinə görə, görüşdən öncə müvəqqəti saxlama məntəqəsində monitorinq keçirib və ümumi şəraitdən narazı qalmayıb: “Saxlama məntəqəsi mətbəx, ibadət, tibb və duş otağı, həmçinin mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Təqsirləndirilənlərin saxlanıldığı otaqlarda sıxlıq yoxdur”.

Ç.Qənizadə onu da bildirib ki, bundan sonra hər biri ilə təklikdə görüşüb: “Onların hər biri dedi ki, saxlanıldıqdan sonra, ifadələri alınan zaman onlara heç bir zor tətbiq olunmayıb. Ərzaq təminatında, yataq yerlərində və ibadət məsələsində heç bir problem yoxdur. Evdən göndərilən ərzaqlar vaxtında onlara çatdırılır. İfadələrini isə sərbəst veriblər”.

Ç.Qənizadə saxlanılan şəxslərdən ikisinin ona şəxsi problemlərinin həlli ilə bağlı müraciət etdiklərini də söyləyib: “Saxlanılan Ağəli Yəhyayev əlavə vəkilin tutulması üçün ailəsinə deməyi məndən xahiş edib. Elçin Abbasov isə bildirib ki, həyat yoldaşı ikinci dəfə ana olmağa hazırlaşır. Həyat yoldaşımın bu çətin vəziyyətində ona dayaq olması üçün onun yanında olmaq istəyir. Mən də prokurorluq orqanlarından mətbuat vasitəsilə xahiş edirəm ki, həbsdə olmadan istintaqın aparılması şərti ilə evə buraxılsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR