Bank Of Baku

Klassik Xalq Cəbhəsi Partiyası bu il qurultay keçirəcək

Klassik Xalq Cəbhəsi Partiyası bu il qurultay keçirəcək
# 22 fevral 2010 12:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bu il növbəti qurultayını keçirməyi qərara alıb. Partiyanın sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, qərar partiyanın Ali Məclisinin fevralın 21-də keçirilən iclasında qəbul edilib. Toplantıda rayon təşkilatlarına konfransları keçirmək və qurultaya hazırlıq işlərinə start vermək barədə tapşırıq verilib: “Qurultaya hazırlıq parlament seçkilərinə hazırlıqla paralel aparılacaq. Biz qurultayı parlament seçkilərindən sonra – 2010-cu ildə keçirməyi düşünürük. Amma dəqiq vaxtı rayon təşkilatlarının 50 faizində konfranslar keçiriləndən sonra biləcəyik”.

M. Mirəlioğlu bildirib ki, Ali Məclisin iclasında, həmçinin parlament seçkilərinə hazırlıqla bağlı müzakirələr aparılıb və Xocalı faciəsinin soyqırımı kimi qəbul olunması barədə parlamentə müraciət edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR