Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti iclası keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti iclası keçirilib
# 22 fevral 2010 12:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti iclası keçirilib. İttifaqa daxil olan Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) APA-ya daxil olan məlumata görə, iclasda bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirə aparılıb. DUİ-nin birgə toplantının keçirilməsi ilə bağlı Müsavat Partiyasına etdiyi müraciətə müsbət cavab verilməsi təqdir olunub. Azadlıq blokunun da qısa müddətdə ittifaqa cavab verəcəyini bildirən DUİ rəhbərləri yaxın vaxtlarda üç siyasi qurumun iştirakı ilə birgə toplantının keçirilməsini mümkün sayıb. İclasda ittifaqın seçki qərargahının parlament seçkiləri ilə bağlı təqvim planının əlavə və düzəlişlərlə qəbul edilməsini qərara alıb.

DUİ rəhbərliyi həmçinin, fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edəcəklər. Seçkilərə hazırlıqla bağlı isə martın 6-da DUİ-yə daxil olan partiyaların müşavirəsinin keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR