Bank Of Baku

İsa Qəmbər ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri ilə görüşüb

İsa Qəmbər ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri ilə görüşüb
# 22 fevral 2010 15:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Ceyk Consla görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, C. Cons bu ilin martın 31-də BRİ-nin Bakı ofisinin öz fəaliyyətini dayandıracağını deyib. İ. Qəmbər isə bundan təəssüfləndiyini və ABŞ - Azərbaycan əlaqələrinin möhkəmlənməsi, eləcə də demokratiya və azadlıqlarla bağlı problemlərin diqqətdə saxlanılması baxımından beynəlxalq demokratik təşkilatların Bakıda fəaliyyətinin məhdudlaşdırılmasının deyil, genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib. Tərəflər məsləhətləşmələrin və Müsavat Partiyası ilə BRİ arasında əməkdaşlığın davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR