Bank Of Baku

Lalə Şövkət “Ölkə” qəzetini məhkəməyə verib

Lalə Şövkət “Ölkə” qəzetini məhkəməyə verib
# 22 fevral 2010 15:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Liberal Partiyanın (ALP) lideri Lalə Şövkət “Ölkə” qəzetinə qarşı məhkəmə iddiası qaldırıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Yasamal rayon Məhkəməsinə müraciət edən partiya liderinin iddiası qəzetin redaksiyası, baş redaktor Rəfael Becanov və Orxan Sultanəli imzası ilə onun barəsində məqalə yazmış jurnalistlə bağlıdır. Lalə Şövkət cavabdehlərin atılmış böhtanı təkzib etmələrini, üzr istənilmələrini, onların hər birinin 100 min manat məbləğində cərimə edilməsini, bütün məbləğin Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın hesabına köçürülməsini tələb edib.

Qeyd edək ki, “Ölkə” qəzeti bir neçə gün əvvəl Lalə Şövkətlə bağlı “Madam adlı KQB agenti” yazısı dərc edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR