Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev akademik İmam Mustafayevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev akademik İmam Mustafayevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 22 fevral 2010 17:03 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev akademik İmam Mustafayevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncamda bildirilir ki, bu ilin fevral ayında görkəmli Azərbaycan alimi və tanınmış ictimai-siyasi xadim İmam Daşdəmir oğlu Mustafayevin anadan olmasının 100 illiyi tamam olur. Sərəncamda Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə İmam Mustafayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR