Bank Of Baku

Milli Məclisin iclası Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb

Milli Məclisin iclası Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb
# 23 fevral 2010 09:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclası Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb. APA-nın xəbərinə görə, iclasda Milli Məclis spikeri Oqtay Əsədov deyib ki, yaxın günlərdə 20 əsrdə insanlığa qarşı törədilən ən dəhşətli faciənin 18-ci ildönümü tamam olacaq. Spiker Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Soyqırımı qurbanları yad edildikdən sonra parlamentin plenar iclası öz işinə başlayıb. Cari məsələlər zamanı çıxış edən deputatlar da Xocalı faciəsi haqqında çıxışlar ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR