Səfa Mirzəyev: “Azərbaycan İKT üzvü olan ölkələrin parlamentlərində Xocalı faciəsinin müzakirəyə çıxarılmasını və soyqırımı kimi tanınmasını tələb edə bilər”
Deputat Aynur Quliyeva Musa Quliyevin fikrini dəstəkləyib. O, həmçinin Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində tədbirlərin intensivləşdirilməsini təklif edib.
Qüdrət Həsənquliyev spikerin başçılığı ilə İrandan səfərdən qayıdan nümayəndə heyətinin keçirdiyi görüşlər haqqında məlumat verilməsini istəyib. Millət vəkili İranda Azərbaycana qarşı aksiya keçirildiyini və təhqirlərə yol verildiyini deyib: “Xocalı soyqırımın törədilməsində iştirak edən Ermənistan prezidentinin hansı haqla İranda əlini sıxırlar? Biz sizə səs verib spiker seçmişiksə, İrana səfəriniz haqqında niyə məlumat vermirsiniz?”
Spiker Oqtay Əsədov deputatın sözlərinə cavab olaraq onun çıxışında ehtiyatlı olmasını istəyib: “Mən çıxış etmişəm, edirəm də. Səfər haqqında da lazımi məlumat veriləcək. İran-Azərbaycan münasibətlərində fərqli yanaşmalar var. Bir var populist yanaşma, bir də var dövlətçilik yanaşması... Biz İranla münasibətlərimizi hər zaman yüksək səviyyədə qurmalıyıq. Əfsus ki, həm o tərəf, həm də bu tərəfdə bu əlaqələrə mane olanlar var”.
Mübariz Qurbanlı Türkiyənin Ermənistanla imzaladığı protokollarla bağlı qətiyyətli mövqe ortaya qoyduğunu deyib. Onun sözlərinə görə, hazırda Türkiyəyə qarşı təzyiqlər artmaqdadır: “ABŞ Konqresində qondarma “erməni soyqırımı” layihəsi müzakirəyə çıxarılacaq. Bu, Azərbaycanın da maraqlarına ziddir. Azərbaycan parlamenti bu məsələnin yenidən gündəmə gətirilməsinə etiraz məktubu ünvanlamalıdır. Mümkün olsa, Azərbaycan parlamenti bununla bağlı ABŞ-a məxsusi deputat qrupu da göndərməlidir”.
Məlahət İbrahimqızı M. Qurbanlının təkliflərini dəstəkləyib, ABŞ Konqresinə müraciət edilməsinin zəruriliyini vurğulayıb.
Millət vəkili, həmçinin qızların təhsildən yayınması və erkən nikaha daxil olması ilə bağlı ciddi narahatlığa səbəb olan faktların mövcud olduğunu deyib: “Ailə Məcəlləsində qızların aşağı nikah yaşı 17 götürülür. Beynəlxalq sənədlərdə isə bu yaş həddi 18-dir. Azərbaycanda isə istisna hal kimi hətta 16 yaşa icazə verilir. Məncə, bu yolverilməzdir”.
Elman Məmmədov Xocalı soyqırımının tanıdılması istiqamətində Heydər Əliyev Fondunun çox uğurlu fəaliyyət göstərdiyini, bu işlərin gücləndirilməsinin vacibliyini qeyd edib: “Türkiyə birmənalı olaraq bəyan etməlidir ki, ABŞ Konqresi qondarma soyqırımını müzakirəyə çıxaracaqsa, onlar da avtomatik Xocalı soyqırımını tanıyacaqlar”.
Spiker Oqtay Əsədov da Xocalı soyqırımı haqqında danışıb. O, bu illər ərzində faciə ilə bağlı 75 müraciət, qətnamə və qərarın qəbul olunduğunu bildirib: “Xocalı faciəsinə ilk dəfə olaraq İslam Konferansı Təşkilatı tərəfindən düzgün qiymət verildi, faciə ilk dəfə insanlığa qarşı cinayət kimi tanınıb. Biz işimizi bu sənədə uyğun qura bilərik”.
Sonra İKT tərəfindən qəbul edilən sənəd haqqında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib. Onun sözlərinə görə, İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın bu istiqamətdə xidmətləri böyük olub: “İlk dəfədir, dünyanın 56 ölkəsini birləşdirilən beynəlxalq təşkilat Xocalı soyqırımına qətliam kimi qiymət verib və bu faciə insanlığa qarşı cinayət kimi tanınıb. Bu ifadə genosidi əks etdirən anlayışdır. Bu bizim əlimizə president verir. Bu qətnaməyə istinadən başqa təşkilatlar tərəfindən də Xocalıya düzgün qiymət verilməsini, eyni zamanda İKT üzvü olan ölkələrin parlamentlərində məsələnin müzakirəyə çıxarılmasını və tanınmasını tələb edə bilərik”.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb