Bank Of Baku

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər qəbul edilib

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər qəbul edilib
# 23 fevral 2010 10:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə olunub. APA-nın xəbərinə görə, sənəd haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. O bildirib ki, təklif olunan əlavə və dəyişikliklərin bir hissəsi 2009-cu ildə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Referendum Aktından irəli gələn məsələlərdir: “Dəyişikliklərin bir hissəsi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin səlahiyyət məsələləri ilə bağlıdır. Ali Məclisin sədrinin yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və azad edilməsinə dair Azərbaycan prezidentinə təqdimat verməsi təklif olunur. Bundan başqa, Ali Məclis sədri muxtar respublikanın fəxri adlarını təsis edir, Azərbaycanın dövlət təltifləri ilə təltif edilməsinə dair Azərbaycan prezidentinə təklif verir. Sənədə təklif olunan əlavə və dəyişiklikdə bildirilir ki, Naxçıvanın Ali Məclisinin sessiyaları açıq şəkildə keçirilir. Ali Məclisin 31 deputatının tələbi və ali vəzifəli şəxsin təklifi ilə Ali Məclisin sessiyasının qapalı iclası keçirilə bilər”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təkliflərin tam yerində olduğunu və narahatlığa əsas görmədiyini deyib.
Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR