Bank Of Baku

Bələdiyyələrin qanunsuz icarəyə verdiyi 5071 hektar torpaq sahəsi geri qaytarılıb

Bələdiyyələrin qanunsuz icarəyə verdiyi 5071 hektar torpaq sahəsi geri qaytarılıb
# 23 fevral 2010 11:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub. APA-nın xəbərinə görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
V. Zahirov deyib ki, ötən il ərzində bələdiyyələrin fəaliyyətində irəliləyişlərə nail olunub, qanunvericilik bazası təkmilləşdirilib, maarifləndirmə işləri aparılıb və müsbət təcrübə əldə olunub. O bildirib ki, il ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində 34 bələdiyyə tərəfindən ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb, 23 fakt üzrə materiallar araşdırılmaq üçün Respublika Prokurorluğuna göndərilib: “Eyni zamanda qanunsuz icarəyə verilən 5071 hektar torpaq sahəsi geri qaytarılıb. 16 milyon manat vəsaitin qanunsuz xərcləndiyi aşkarlanıb”.

V. Zahirov ötən il həmçinin 674 bələdiyyə sədri haqqında inzibati protokol tərtib edildiyini açıqlayıb.
Məsələ müzakirə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR