Bank Of Baku

Əhəd Abıyev şəhid əsgərin ailəsinin evlə təmin olunmasını təklif edib

Əhəd Abıyev şəhid əsgərin ailəsinin evlə təmin olunmasını təklif edib
# 23 fevral 2010 12:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin iclasında çıxış edən millət vəkili Əhəd Abıyev bir neçə gün əvvəl cəbhə xəttində atəşkəsin pozulması nəticəsində şəhid olan Masallı sakininin ailəsinin evlə təmin olunmasını təklif edib. APA-nın xəbərinə görə, deputat deyib ki, Masallının Həsənli kəndi sakini Röyal Fərəcov fevralın 17-də ermənilərlə atışma zamanı şəhid olub. Ə. Abıyev şəhidin yas mərasimində iştirak etdiyini və onun ailə üzvləri ilə görüşdüyünü söyləyib: “Röyal Fərəcovun həyat yoldaşının körpə uşaqla tam yararsız və bərbad evdə, dözülməz şəraitdə yaşadığının şahidi oldum. Hazırda Masallıda dövlət hesabına şəhid ailələri üçün yaşayış binası inşa olunub. Xahiş edirəm, aidiyyəti üzrə müvafiq dövlət orqanları Röyal Fərəcovun ailəsinə də mənzil verilməsinə köməklik göstərsinlər. Qarşıdan Novruz bayramı gəlir, bu ərəfədə həmin imkansız ailəni sevindirmək lazımdır” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR