Bank Of Baku

Azərbaycan prezidenti Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib

Azərbaycan prezidenti Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib
# 23 fevral 2010 13:33 (UTC +04:00)
Bakı – APA. Fevralın 23-də Bakının Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin müharibə əlillərinə minik avtomobillərinin verilməsi mərasimi keçirilib. APA-nın məlumatına görə,
mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlət başçısına məlumat verib ki, binada 81 mənzil var. Onlardan 72-si 2 otaqlı, 9-u 3 otaqlıdır. Binada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Prezident İ. Əliyev Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin orderlərini təqdim edib.

Sonra dövlət başçısı II Dünya və Qarabağ müharibələrinin əlillərinə minik avtomobillərinin açarlarını verib.

Prezident binada yaradılmış şəraitlə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR