Bank Of Baku

Azərbaycan Avropa Hərəkatının rəhbəri Britaniya səfirliyinin ikinci katibi ilə görüşüb

Azərbaycan Avropa Hərəkatının rəhbəri Britaniya səfirliyinin ikinci katibi ilə görüşüb
# 23 fevral 2010 14:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Avropa Hərəkatının (AAH) prezidenti Surxan Lətifov Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bu ölkənin diplomatik korpusunun 2-ci katibi Katerin Kleevirlə görüşüb. AAH-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə hərəkatın prezidenti Surxan Lətifov təmsil etdiyi qurumun Avropa inteqrasiya istiqamətində ölkədə gördüyü işlər barədə danışıb. Bununla yanaşı Azərbaycanda Milli Məclisə keçiriləcək seçkiqabağı vəziyyət, bu aksiyada əməkdaşlıq və insan hüquqları məsələləri müzakirə mövzusu olub. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət haqda danışılıb və səfirliklə hərəkat arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR