Bank Of Baku

Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Ədalət partiyalarının “Vətən” adlı seçki bloku yaradacağı gözlənilir

Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Ədalət partiyalarının “Vətən” adlı seçki bloku yaradacağı gözlənilir
# 23 fevral 2010 15:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Ədalət partiyalarının yaradacağı seçki blokunun “Vətən” Bloku adlandırılması nəzərdə tutulur. Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün APA-ya verdiyi məlumata görə, blokun yaradılması istiqamətində qeyri-rəsmi müzakirələr aparılıb. O, blokun təkcə seçkilərlə bağlı yaradılmayacağını deyib: “İndi seçkilərdən də vacib vətənin taleyi, problemləridir. İstəyirik ki, siyasi partiyalar arasında ölkə problemlərini müntəzəm müzakirə edən, konkret təkliflərlə, proqramlarla çıxış edən çevik bir məşvərətçi qurum olsun. Ona görə də blokun adının “Vətən” olmasını təklif etmişik”.

E. Şükürlü bildirib ki, yeni yaranacaq blokun seçkilərə vahid namizədlər siyahısı ilə qatılması nəzərdə tutulur: “Amma hələlik bunlar təşəbbüs şəklindədir. Razılıq olsa, aprel ayının birinci yarısınadək blok yaradılacaq. Ancaq ola da bilər ki, heç razılaşma olmasın və blok da yaranmasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR