Bank Of Baku

Xocalı faciəsindən bəhs edən repə çəkilən videoklipin təqdimatı keçirilib - FOTOSESSİYA

Xocalı faciəsindən bəhs edən repə çəkilən videoklipin təqdimatı keçirilib -  <font color=red>FOTOSESSİYA</font>
# 24 fevral 2010 09:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində yazılmış repə çəkilən videoklipin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimə rəsmi şəxslər, millət vəkilləri və gənclər təşkilatlarının təmsilçiləri qatılıb.

Klipin nümayişindən sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, erməni vəhşiliklərinin dünyaya çatdırılması üçün əyani vəsaitlər çox vacibdir və təqdim olunan klip də bu məsələdə əhəmiyyətli rol oynayacaq.

“Xocalıya Ədalət” beynəlxalq məlumat və təbliğat kampaniyasının koordinatoru Elşad İsgəndərov Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüslə çıxış etdiyini və bu kampaniyaya start verildiyini xatırladıb. O, sabahdan başlayaraq dünyanın 20 ölkəsində klipin təqdimatının keçiriləcəyini və telekanallarda yayımlanacağını açıqlayıb. E. İsgəndərli bu vaxta qədər 130 min xarici ölkə vətəndaşının bu kampaniyaya dəstək verdiyini söyləyib.

Millət vəkili Hadı Rəcəbli isə kampaniyanın sistemli şəkildə həyata keçirilməsinin müsbət nəticə verəcəyinə əmin olduğunu qeyd edib. Millət vəkillləri Rövşən Rzayev, Qənirə Paşayeva da Xocalı faciəsi və klip haqqqında öz düşüncələrini dilə gətiriblər.

Qeyd edək ki, rep üslublu mahnının müəllifi məhşur rep ifaçısı Toni Blekmendir, aranjman isə Qordon Uilyamsa məxsusdur. Mahnı T. Blekmen və Azərbaycanın “Dəyirman” rep qrupu tərəfindən ingilis dilində ifa edilib. Mahnıda müasir rep ritmləri ilə yanaşı, muğam və balaban səsindən də istifadə edilib. Klipin çəkilişləri studiya şəraitində, həmçinin Şəhidlər Xiyabanı və məcburi köçkün şəhərciklərində aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR