Bank Of Baku

Milli Məclisin üzvləri Strasburqda Xocalı soyqırımının ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcəklər

Milli Məclisin üzvləri Strasburqda Xocalı soyqırımının ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcəklər
# 24 fevral 2010 09:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Əkrəm Abdullayev Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Fransanın Strasburq şəhərinə gediblər. APA-nın xəbərinə görə, Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Xocalı soyqırımına həsr olunan konfrans, soyqırımı qurbanlarının xatirəsinin anma mərasimi, bu faciəyə həsr olunmuş kitabın təqdimatı keçiriləcək.
Toplantıda mövzu ilə bağlı məruzələr dinləniləcək, deputatlar Xocalı qətliyamı barədə fikirlərini bölüşəcəklər. Tədbirdə faciə haqqında həqiqətləri əks etdirən sənədlər geniş ictimaiyyətə təqdim olunacaq. Səfər fevralın 28-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR