Bank Of Baku

Hidayət Orucov: “Xocalı faciəsini hər zaman diqqət mərkəzində saxlamalıyıq”

Hidayət Orucov: “Xocalı faciəsini hər zaman diqqət mərkəzində saxlamalıyıq”
# 24 fevral 2010 13:14 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunan tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə komitə sədri Hidayət Orucov çıxış edərək 18 il əvvəl ermənilərin törətdiyi Xocalı soyqırımın insanlığa qarşı cinayət olduğunu deyib. O, uzun illər keçməsinə baxmayaraq, hələ də dünyada bu faciə ilə bağlı ədalətli mövqe ortaya qoyulmadığını bildirib: “Biz bu faciəni unutmamalı, onun dünya ölkələri tərəfindən soyqırım kimi tanınmasına nail olmalıyıq. Bu soyqırımı törədənlər tapılaraq ədalət mühakiməsinə verilməlidir. Xocalıda yüzlərlə insan günahsız yerə, amansızcasına qətlə yetirilib. Biz bu qanlı faciəni hər zaman diqqətdə saxlamalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR