Bank Of Baku

Sosial Rifah Partiyası Xocalıya həsr olunmuş dəyirmi masa keçirib

Sosial Rifah Partiyası Xocalıya həsr olunmuş dəyirmi masa keçirib
# 25 fevral 2010 09:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Sosial Rifah Partiyasının təşəbbüsü ilə Xocalı faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, partiya sədri Xanhüseyn Kazımlı deyib ki, Ermənistan və onu dəstəkləyən dövlətlər Xocalıda insanlıq qarşısında ən böyük cinayəti törədiblər. O, Azərbaycana qarşı zaman-zaman törədilən cinayət faktlarının dünya ictimaiyyətinə çatdırılması üçün zəruri işlərin görülməsinin vacibliyindən danışıb. X. Kazımlı bildirib ki, gənclərin formalaşmasında, vətənə sevgi hissinin aşılanmasında Xocalı amili böyük rol oynaya bilər.

Tədbirdə çıxış edən digər iştirakçılar da Xocalıda Ermənistan hərbi birləşmələrinin Rusiya ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının hərbi qulluqçuları ilə birlikdə törətdikləri kütləvi qətllə bağlı fikirlərini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR