Bank Of Baku

Əli Əhmədov: “Bu faciəni unutmağa heç kimin haqqı yoxdur”

Əli Əhmədov: “Bu faciəni unutmağa heç kimin haqqı yoxdur”
# 25 fevral 2010 09:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyası (YAP) Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, YAP-ın Nərimanov rayon təşkilatının qərargahında keçirilən tədbirdə millət vəkilləri, partiya fəalları iştirak edib.

YAP sədrinin müavini Əli Əhmədov Xocalı faciəsinin bəşər tarixinin ən dəhşətli faciələrindən biri olduğunu, heç kimə fərq qoyulmadan – uşaqların, qadınların, yaşlıların qəddarlıqla qətlə yetirildiyini xatırladıb: “Xocalı faciəsini fərqləndirən əsas amil onun amansızlığıdır. Bu faciəni unutmağa heç kimin haqqı yoxdur. Xalq öz faciəsini unudanda mübarizliyini də itirmiş olur”.

Ə. Əhmədov dünya birliyinin arı-ayrı yerlərdə baş vermiş faciələrə həssaslıqla yanaşdığını, amma Xocalı faciəsinə münasibətdə ikili standartın mövcud olduğunu deyib: “Dünya dövlətləri bu faciəyə biganəlik göstərirlər, amma bu, bizi mübarizədən çəkindirməməlidir. Bu faciəni dünya tarixinə salmaq üçün səyləri davam etdirməliyik”.

Millət vəkili Əhməd Vəliyev isə çıxışında bildirib ki, tarixdə baş verənləri zamanında dəyərləndirmək lazımdır. O, Azərbaycanın öz torpaqlarını azad etməyə qadir olduğunu, lakin bu gün silaha əl atmağın vaxtının çatmadığını vurğulayıb.

Tədbirdə digər millət vəkilləri və Xocalı sakinləri də çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR