Akademik Budaq Budaqov: “Azərbaycanda sovet dövründən coğrafi adların hələ də qalmasının günahı yerli icra hakimiyyətlərindədir” - MÜSAHİBƏ
- Coğrafi adlar dinamik məsələdir. Bu proses bir neçə hissəyə ayrılır. Birinci növbədə yeni yaranan məntəqələrə coğrafi adlar verilir. İkinci istiqamət köhnə və tarixiliyi olmayan adların dəyişdirilməsidir. Təsəvvür edin ki, Sovet hakimiyyəti dövründə Azərbaycanda təkcə Lenin adına 111 yer var idi. Ondan bir qədər çox Kirovun və digər şəxslərin adlarına rast gəlinirdi. Beləliklə qədim coğrafi adlar unudulurdu. Milli Məclisin Toponimiya Komissiyasının qarşısında duran ən əsas vəzifə qədim coğrafi adları bərpa eləməkdir. Bundan başqa biz yeni yaranan coğrafi adlara tarixi baxımdan yanaşırıq. Müasir dövrə uyğun olaraq isə yeni coğrafi adlar veririk. Azərbaycanda əhali çox sürətlə artır, yeni qəsəbələr yaranır. Biz rayon icra hakimiyyətlərinin yazıb təqdim etdiyi işlərə baxırıq və bu zaman əsasən tarixiliyə üstünlük veririk.
- Ermənistanda Azərbaycan məxsus coğrafi adların hamisi dəyişdirilib. Bu sahədə hər hansı bir araşdırma aparılırmı?
- Coğrafi adlar böyük tarixi əhəmiyyətə malikdir. Coğrafi adlar orada yaşayan xalqın dilidir. Biz Qiyasəddin Qeybullayavlə Ermənistanda Azərbaycana aid olan coğrafi adların izahlı lüğətini yazmışıq. Orada olan beş minə qədər coğrafi ad ancaq türk adlarıdır. Erməni adları demək olar ki yoxdur. Olanlar da təhrif və tərcümə olunmuşlardır. Məsələn, Eçmidəzin əslində Üçmiədzin deməkdir. Üç türk sözüdür, müədzin də ərəbcə ibadəgahdır. Onlar özləri də etiraf edirlər ki, toz kimi dünyanın hər tərəfinə dağılıblar və haradan gəlib, harada məskunlaşdıqlarını özləri də dəqiq bilmirlər. Belə olan halda onların “Dənizə-dənizə böyük Ermənistan” iddiaları mənasız və gülüncdür. Yenə də deyirəm ki, Ermənistanda olan coğrafi adların böyük əksəriyyəti Azərbaycana məxsus olduğu üçün bu ərazilər də Azərbaycana məxsusdur.
- Yeri gəlmişkən, Gürcüstanda da azərbaycanlılara məxsus qədim coğrafi adları dəyişdirilməkdədir.
- Ermənistandan fərqli olaraq Gürcüstanda bu bir qədər proqressiv formada həyata keçirilir. Biz Qiyasəddin Qeybullayavelə Gürcüstanda olan Azərbaycan coğrafi adlarının dəyişdirilməsini də yazmışıq. Bu, onların daxili işidir. Məsələn, Araxlını Araxlo eləyirlər. Ermənilər isə Azərbaycana məxsus coğrafi adları kərənti ilə biçiblər. Onlar bu işlə hələ sovet vaxtı məşğul olsalar da, tam nail ola bilməmişdilər.
- Azərbaycanın müxtəlif bölgələrində hələ də Sovet dövründən qalma adlara rast gəlinir. Bunları niyə dəyişmirsiniz?
- Bunun günahı bizdə yox, yerli icra hakimiyyətlərindədir. İcra hakimiyyətləri yazıb göndərməlidirlər, biz də dəyişməliyik. Onlar bizə təkliflərini göndərməyəndən sonra bizim belə bir iş görməyə ixtiyarımız yoxdur.
- Ümumiyyətlə coğrafi adların bir statistikası hazırlanırmı? Məsələn Azərbaycanda nə qədər coğrafi ad var və onun nə qədərini dəyişdirmək lazımdır?
- Belə bir kitab hazırlanır, yaxın vaxtlarda Milli Məclisdə çap olunacaq. Həmin kitabda hər şey öz əksini tapacaq. Elə coğrafi adlar var ki, onların yaşaması üçün vaxt tələb olunur.
- Milli Məclis bir neçə gün əvvəl Dəvəçi rayonun adı dəyişdirərək Şabran adlandırdı. Bu isə birmənalı qarşılanmadı. Sizin fikriniz necədir?
- Şabran Azərbaycanın tarixi bir şəhərdir. Orada qazıntı işləri aparılıb və çox qiymətli tapıntılar ortaya çıxıb. Dəvəçi isə o qədər də tarixi olmayan bir coğrafi addır. Qabaqlar o əraziyə Dəvəçibazar deyirdilər. Bu gün bu adın dəyişdirilməsi mühüm əhəmiyyətə malikdir.
- Son illər Azərbaycanda çoxlu sayda yeni qəsəbələr yaranıb. Onların əksəriyyəti isə Bakı ətrafında yerləşir və şərti olaraq “yeni yaşayış massivi” adlanır. Bu yaşayış massivlərinin nə vaxt öz adı olacaq?
- Yenə də deyirəm ki, bu, rayon icra hakimiyyətlərinin işidir. Onları belə massivləri qeydiyyata almalı, yazıb bizə göndərməlidirlər. Əlbəttə ki, yeni yaranan yaşayış yerlərinə münasibət bildirilməlidir. Belə yerlərə yeni, müasir adlar verilməlidir. Bəzi rayon icra hakimiyyətləri çox passiv hərəkət edir, ərazilərində olan bir çox adları bizə yazıb göndərmirlər. Biz isə heç bir iş görə bilmirik. Bizim məsələ qaldırmaq hüququmuz yoxdur. Biz hər zaman coğrafi adların keşiyində olmalıyıq...
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb
Salyanda motosiklet piyadanı vuraraq öldürüb
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə səfər etmiş diplomatik korpusa qarşı kampaniyasını pisləyib
Şuşada Milli Musiqi Günü qeyd edilib - FOTO
Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 mln. manat ayırıb
“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları