Sərdar Cəlaloğlu: “Müxalifət lap bərbad vəziyyətdədir” - MÜSAHİBƏ
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya müsahibəsi
- Parlament seçkiləri öncəsi Azərbaycandakı ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Ümumən ictimai həyatda bir durğunluq var. Uzun müddət iqtidarın sabitlik adı altında apardığı siyasətin nəticəsi olaraq belə vəziyyət yaranıb. Bizdəki sakitliyi sabitlik kimi təqdim etdilər, bu sakitliyin əldə olunması üçün açıq demək lazımdır ki, beynəlxalq və ictimai dəstək də oldu. İndi bu sakitlik vəziyyətinin uzun müddət davam etməsi özlüyündə durğunluq şəraiti yaradıb. Durğunluq isə təhlükəli vəziyyətdir. Qarşıdan gələn parlament seçkilərini də bu durğunluq vəziyyəti ilə xarakterizə etmək olar. Yəni ölkədə nə müxalifətdə, nə iqtidarda kadrların və qüvvələrin yerdəyişməsi olmur. Belə bir vəziyyətdə seçkilər formal prosesdir. Ona görə də bütün qüvvələr bu seçkilərə formal hazırlaşırlar.
- Amma Siz də seçkilərdə iştirak etməklə bağlı qərar vermisiniz. Niyə formal adlandırdığınız prosesdə iştirak edirsiniz?
- İstənilən sosial-siyasi məsələnin formal və faktiki tərəfi var. Bəzi cəmiyyətlərdə formal tərəflə faktiki tərəf üst-üstə düşür. Bizim kimi cəmiyyətlərdə formal tərəflə faktiki tərəflər tamamilə fərqlənir. Biz faktiki proseslərdə iştirak edə bilmirik, ona görə də yalnız formal tərəfində iştirak edirik. Amma bu formal tərəf də müəyyən qədər faktiki tərəfi dəyişə bilər. Fikir verin, hökumətin açıqladığı rəqəmlərlə faktiki rəqəmlər üst-üstə düşmür. Və yaxud xarici siyasətin prioritetləri ilə partnyor dövlətlərin buna münasibəti fərqlidir. Məsələn, Azərbaycan enerji resursları ilə Qərbin enerji təhlükəsizliyində iştirak edir, amma faktiki heç bir dəstək yoxdur. Biz siyasətlə məşğul olmaq istəyiriksə, formal tərəflə faktiki tərəf üst-üstə düşsəydi, fəaliyyətimiz faktiki nəticələr verəcəkdi. İndiki halda bu yoxdur. Bizim ümidimiz yalnız onadır ki, formal tərəfdə gedən proseslər faktiki tərəfə təsir edər, beynəlxalq təşkilatlar seçkilərə daha ciddi təsir edə bilər, iqtidar özü demokratikləşmə siyasət aparar.
- Parlament seçkilərinə artıq 11 namizəd müəyyən etmisiniz...
- Yəni hələlik birinci onluğu elan etmişik. Biz gərək 70-ə yaxın namizəd irəli sürək ki, seçkidə partiya kimi iştirak edə bilək.
- Bu 70 namizədinizin neçəsi real namizəd olacaq?
- Açıq deyim ki, Azərbaycanda real seçkilər olarsa, 70 nəfərin seçkilərdə iştirakına vəsait sərf etməyin mənası yoxdur. Aparılan mübarizənin nəticəsi təsbit olunmur. Bu baxımdan biz düşünmüşük ki, 70 namizəd verək, amma gücümüzü 15-20 nəfərin seçilməsinə istiqamətləndirək. Durub desəm ki, 125 yerin hamısında bütün qüvvələrlə mübarizə aparmaq imkanımız var, bu qeyri-səmimi olar. Bu gün hakim partiya da daxil olmaqla heç bir partiyanın bütün dairələrdə həqiqətən hamıya qalib gələ biləcək namizəd irəli sürmək imkanı yoxdur. Kimsə deyirsə ki, bütün dairələrdə real mübarizə apara bilərəm, bu yanlışdır. Demokratiya da bunu tələb edir. Hətta onu da tələb edir ki, gücün çatsa belə cəmiyyətdə müəyyən yerlər boşalmalıdır ki, orada başqaları qalib gəlsin, fərqli fikirlər olsun. Yoxsa mənim gücüm çatır bütün dairələrdən namizəd verib qalib gəldim, bu antidemokratik bir yanaşmadır.
- Müxalifətin seçkilər öncəsi vəziyyətini necə dəyərləndirirsiniz?
- Bəzi ölkələrdə müxalifət haqqında qanun var. Müxalifətin potensialı, gücü çatmayanda, o qanun müxalifətə aid olan hissədə iqtidarın fəaliyyətini qadağan edir. Məsələn, Almaniya parlamentində qanunvericilik təşəbbüsünün 60 faizi iqtidara, 40 faizi müxalifətə məxsusdur. Əgər müxalifətdən 40 faizdən az təklif gəlirsə, iqtidarın ixtiyarı yoxdur ki, 60 faizdən artıq təklif versin. İqtidar müxalifətin payından təklif verə bilməz. “Siyasi partiyalar haqqında” qanun həm iqtidara, həm də müxalifətə aiddir. Amma bu gün Azərbaycanda müxalifətin fəaliyyətini tənzimləyən qanun yoxdur. Türkiyə qanunlarına görə, parlamentdəki ana müxalifətin rəhbəri dövlət protokolunda 4-cü yerdədir. Müxalifəti dövlətə qoşublar. Amma Azərbaycan Konstitusiyasında ümumiyyətlə partiya sözü yoxdur. Biz Konstitusiyadakı birləşmək azadlığı haqqında müddəaya əsaslanıb partiya yaratmışıq. Əslində, “Siyasi partiyalar haqqında” qanun Azərbaycan Konstitusiyasının heç bir maddəsinə əsaslanmayıb, konstitusion əsası yoxdur. Siyasi partiyanın mahiyyəti odur ki, dövlət üçün kadr hazırlayır. Amma dövlət kadrlarını hazırlayan birliklərlə bağlı heç bir qanunvericilik aktı yoxdur. Azərbaycanda ən zəif inkişaf etmiş sfera siyasi sferadır. Azərbaycanda birtərəfli inkişaf, yəni yalnız iqtisadi inkişaf bütün qüsurların əsasını təşkil edir. Cəmiyyət yalnız rəqabətdə inkişaf edə bilər. Marks deyir ki, polad iki cür məhv olur - paslanaraq və işləyərək. Bu gün Azərbaycanda həm müxalifət, həm də iqtidar partiyaları paslanaraq məhv olur. Mübarizə yoxdur, rəqabət yoxdur. Dövlət güclüdür deyəndə, həm iqtidar, həm müxalifət, həm də xalq güclü olmalıdır. İndi deyirlər ki, müxalifət gücsüzdür. Əkslərin ziddiyyəti qanunu var. Amma əkslərin həm də vəhdəti var. İqtidar və müxalifətin biri yüksəlirsə, o biri də yüksəlir, biri zəifləyirsə, o biri də zəifləyir. İndi müxalifət nə qədər zəifləyirsə, YAP da partiya kimi bir o qədər zəifləyir. Amerika sosioloqlu Makkeyr deyir ki, əgər əkslər vəhdətdədirsə, onda onların tərəqqisi də, tənəzzülü də vəhdətdədir. Biz əl-ələ tutmuşuq, əgər mən uçuruma gedirəmsə, sən də gedəcəksən. Əgər Azərbaycanın iqtidar partiyası güclənirsə, müxalifət də güclənəcək, müxalifət çökürsə, iqtidar partiyası da zəifləyəcək. Biz seçkilərə belə bir vəziyyətdə gedirik.
- Seçkilərlə müxalifətin birliyi ilə bağlı təşəbbüslər göstərsəniz də, bu baş tutmadı. Bundan sonra da belə cəhdlər olacaqmı?
- Biz çox vaxt bəzi məsələlərə yanlış baxırıq. Birliyin özü bir keyfiyyət göstəricisidir. O cəmiyyətlərdə ki, demokratiya var, orada cəmiyyət daxildən həmrəydir. Azərbaycanda təbəqələşmə o qədər dərin gedib ki, birlik ən zəif şəkildə heç bir yerdə müşahidə olunmur. Müxalifət isə lap bərbad vəziyyətdədir. Bu gün müxalifətin birləşə bilməməsi müxalif demokratik düşüncənin olmamasının əlamətidir. Söhbət seçkidən getmir. Birlik bizə heç də seçki üçün lazım deyil. Biz cəmiyyət üçün, dövlət üçün yaşamağa görə birləşməliyik. Məsələn politologiyada belə bir məsələ var ki, əgər partiyalar cəmiyyəti əsasına qədər dağıdırsa, bu çoxpartiyalılığın ciddi bir qüsuru deməkdir. Çoxpartiyalılıq cəmiyyətin müəyyən sahəsindən inkişaf etməlidir. Ağacla kolun fərqi odur ki, kol kökdən pöhrələnir, ağac müəyyən qədər hündürdən. Azərbaycanda partiyalar torpaqdan başlayaraq ayrılmağa başlayıb və dönüb kol olub. Biz dövlət olaraq ağac kimi müəyyən bir hissəyə kimi eyni olmalıyıq, sonra budaqlanma getməlidir. Belə olmayan halda milli problemlərin həlli çətin məsələdir.
- Müxalifət partiyalarının seçki dairələri üzrə namizədlərini razılaşdıra biləcəyini düşünürsünüzmü?
- Mən buna inanmıram. Verilən bəyanatlardan belə görünür ki, seçkilərdə 6 müxalifət qüvvəsi iştirak edəcək.
- Onlar hansı qüvvələrdir?
- “Azadlıq” bloku, Müsavat Partiyası, Ümid Partiyası, AMİP, ADP və başqa bir qüvvə. Əgər bu qüvvələr partiya kimi seçkilərdə iştirak etmək istəyirlərsə, 50+1 namizəd irəli sürməlidirlər. Bu da 65-70 namizəd deməkdir. Bunu da 6-ya vuranda təxminən 400 namizəd edir. Yəni azı 400 namizəd verilməlidir ki, bu 6 qüvvənin hamısı partiya kimi qeydə alınsın. 400-ü də 125 dairəyə böləndə hər dairədən 4.5 namizəd düşür. Əgər uzlaşma olmasa, hər dairədə 5-6 alternativ müxalifət namizədi olur. Hansısa uzlaşmalar olsa, yenə də ən azı 4 alternativ olacaq. İndi nə mənası var 4, ya da 6 alternativ olsun. Doğrudan da bu 6 qüvvə kişi kimi qərar versə ki, razılaşırıq, deməli biz hər bir dairədən 2 alternativi aradan çıxarmaqla 4 alternativlə seçkiyə gedə bilərik. Ona görə biz əvvəldən deyirdik ki, ay müxalifət, gəlin biz bir güc mərkəzi yaradaq, o güc mərkəzinin içərisində bunu razılaşdıraq. Məsələn, ADP də, Müsavat da istəyir ki, partiya kimi seçkidə iştirak edək. Mən tutaq ki, Müsavat Partiyası ilə razılaşdım, bəs “Azadlıq” bloku, Ümid və digər partiyalarla necə razılaşa bilərəm? Bəzən deyirlər ki, gəlin ayrı-ayrı gedək, sonra razılaşarıq. Bu əvvəlcədən fiaskoya uğrayan bir ideyadır. Ona görə də mən düşünürəm ki, seçkilərdə heç bir razılıq olmayacaq. Ola bilsin ki, ayrı-ayrı dairələrdə belə hallar olsun, amma bütövlükdə müxalifət çox alternativli qaydada seçkilərə gedəcək. Bu da səslərin parçalanmasına gətirib çıxaracaq. Bizim kimi ölkələrdə vətəndaşların seçki bataqlığına salınması qədər çətin bir şey yoxdur. Amerikada hamı bilir ki, kimə nə üçün səs verir, amma Azərbaycanda seçici bilmir kimə və nəyə görə səs verir. Onun qarşısına 10-15 nəfər çıxardılacaqsa, seçici, ümumiyyətlə, çaşıb qalacaq. Narazı elektoratın qarşısına vahid bir namizəd çıxmalıdır. Mən əvvəldən bunu izah edirdim. Amma bizim müxalifət liderləri siyasi işin məntiqinə varmırlar. Əvvəlcə bir havaya girirlər, guya parlamentdəki yerlər hamısı bunlara verilir, sonra da real vəziyyət ortada olanda baxırlar ki, özləri elə problemlər yaradıblar ki, bu problemləri seçkinin axırına kimi həll edə bilmirlər. Ona görə də bizdə ümumi irəliləyiş yoxdur. Problem yaradırıq, sonra o problemin həllinə cəhd edirik. Ən yaxşı halda öz yaratdığımız o problemi həll edə bilirik. Cəmiyyətin problemini həll edə bilmirik. Bunun da məsuliyyətini müxalifətin vahid blokunun yaradılmasının əleyhinə çıxan qüvvələr daşıyırlar.

Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb