Arif Hacılı: “Əli Kərimlinin İctimai Palatanın sessiyasında bu cür moderatorluğu məni təəccübləndirdi” - MÜSAHİBƏ
- İctimai Palatanın fevralın 26-da keçirilən iclasında Koordinasiya Şurasının tərkibinin genişləndirilməsinə etiraz etmisiniz. Daha çox Koordinasiya Şurasının tərkibinin genişləndirilməsinə, yoxsa Şuraya üzv olunan şəxslərə etiraz edirdiniz?
- İlk növbədə, qərarların qəbul olunması mexanizmlərinin yanlışlığına etiraz etdim. Çünki əgər hansısa şəxs harasa seçilirsə, səs verənlər bu şəxsin kimliyi barədə məlumatlı olmalıdır. İnsanlar öz namizədliklərini irəli sürməli, digər namizədlərin lehinə, yaxud əleyhinə təbliğat aparmaq imkanı əldə etməlidir. Ancaq İctimai Palatanın iclasında bu məsələlər bir sürpriz kimi təqdim olundu. Əslində İctimai Palatanın üzvlərinin rəyi öyrənilmədi ki, ümumiyyətlə tərkibin genişləndirilməsinə ehtiyac var, yoxsa yox? Şuranın tərkibi genişləndirilirsə, hansı tərkibdə genişləndirilməlidir? Şura genişləndirilirsə, hansı sayda genişləndirilməlidir? Hansı kriterilər və prinsiplər əsasında genişləndirilməlidir? Bu məsələlər İctimai Palatada deyil, Koordinasiya Şurasında müzakirə olunmuşdu, ona görə də mən bu məsələlərin İctimai Palatanın növbəti iclasına qədər təxirə salınmasını, bu məsələlərin həmin vaxta qədər müzakirə olunmasını təklif etdim. Təəssüf ki, mənim proseduralara və ümumi demokratik prinsiplərə uyğun təklifim qəbul olunmadı.
- Bəs Rauf Arifoğlu, Şahvələd Çobanoğlu, Mehriban Vəzirin Koordinasiya Şurasına üzv qəbul olunması ilə bağlı hər hansı narazaılığınız varmı?
- Bu məsələni fərdiləşdirmə istəməzdim. Ancaq hesab edirəm ki, istənilən halda əgər kimlərsə harasa seçilirsə, səs verən adamların bu insanları seçmə hüququ olmalıdır. Mən bilirəm ki, İctimai Palata üzvlərinin çoxu özləri də namizəd kimi iştirak etmək istəyirdilər. Ancaq onlara belə bir imkan yaradılmadı və bütövlükdə Koordinasiya Şurasının tərkibi ümumi İctimai Palatanın hər bir üzvü tərəfindən yox, Koordinasiya Şurasına daxil olan ayrı-ayrı adamlar tərəfindən müəyyənləşdirildi ki, bu da yanlış idarəçilik sistemidir. Təcrübə göstərir ki, bu cür idarəçilik sistemi yekunda təşkilati böhrana aparır.
- Siz bu məsələdə Koordinasiya Şurasının hansı üzvünü, yaxud üzvlərini günahlandırırsınız?
- Konkret kimisə günahlandırmaq istəməzdim. Ancaq hesab edirəm ki, Koordinasiya Şurasının üzvləri öz üzərlərinə düşən məsələlərə daha məsuliyyətlə yanaşmalıdırlar. Mən bilirəm ki, İctimai Palata üzvlərinin böyük bir qismi prosesin bu şəkildə aparılmasından narazı qalır.
- Bununla bağlı hansı addımları atmaq fikriniz var?
- Mən bu məsələ ilə bağlı mövqeyimi ictimailəşdirmişəm və bu mövqeyimi Koordinasiya Şurasının üzvlərinin diqqətinə çatdırmışam. Hesab edirəm ki, İctimai Palatanın üzvlərinin müzakirəsindən keçmədən Şuranın tərkibinin belə genişləndirilməsi, eyni zamanda toplantıda iştirak etməyən, özlərini təqdim etməyən, onlara səs verən insanların suallarına cavab verməyən adamların Koordinasiya Şurasına seçilməsi ciddi bir səhv idi. Düşünürəm ki, bu məsələlər barədə mənim fikirlərim Koordinasiya Şurası üzvlərinin bundan sonra öz vəzifələrinə daha məsuliyyətlə yanaşmasına səbəb olacaq. Mənə İctimai Palatanın onlarla üzvü müraciət edərək Koordinasiya Şurasına üzv edilən şəxslərin bəzilərinin kim olduğu barədə suallar verirlər. Ancaq əslində yeni üzvlər həmin sual verən şəxslər tərəfindən seçilmiş adamlar sayılır. Bu cür davranış yolverilməzdir. Bütövlükdə bu məsələlərlə bağlı müəyyən fikirlərim var və demokratik prinsiplərə, prosedura qaydalarına tam şəkildə əməl olunması üçün bundan sonra da fəaliyyət göstərmək, ciddi addımlar atmaq fikrindəyəm.
- Necə hesab edirsiniz, İctimai Palatanın sonuncu sessiyasına AXCP sədri Əli Kərimli deyil, Koordinasiya Şurasının üzvlərindən başqa birisi sədrlik etsəydi, proses necə davam edəcəkdi?
- Hər halda Əli Kərimli kimi təcrübəli bir siyasətçinin bu cür moderatorluğu məni təəccübləndirdi. Eyni zamanda, bilirəm ki, yeni üzvlərin qəbulu məsələsi Koordinasiya Şurasının iclasında müzakirə olunub, Palatanın iclasında deyildi ki, bu məsələ guya konsensusla həll edilib. Ancaq İctimai Palatanın iclasının keçirildiyi gün Koordinasiya Şurasına daxil olan iki şəxsin məsələlərin bu cür həll edilməsinin düzgün olmadığı barədə fikirlərini şəxsən eşitmişdim.
- İctimai Palatanın iclasında mitinqlə bağlı da fikir ayrılığı oldu. Ən diqqətçəkən isə Müsavat və AXCP təmsilçilərinin fikirlərinin fərqliliyi idi.
- Məsələnin bu dərəcədə sadələşdirilməsinin tərəfdarı deyiləm. Görünür, AXCP-nin müəyyən qurumlarında bu məsələ əvvəlcədən müzakirə olunmuşdu və həmin toplantıda bu mövqe açıqlandı. Onu da qeyd etmək istəyirəm ki, AXCP üzvü olan İctimai Palata üzvlərinin heç də hamısı 12 martda mitinq keçirilməsinin əleyhinə çıxış etmədi. Çıxış edən AXCP üzvlərindən ən azı iki nəfəri mənim təklifimi müdafiə etdi. Bu da bir daha onu təsdiq edir ki, mitinqlə bağlı əks arqumentlərin gətirilməsində Müsavatın mövqeyinə qərəzli mövqe qoyulmayıb.
- Müsavat Partiyasının İctimai Palatadan kənar mitinq təyin etməsini nə ilə izah edərdiniz?
- Əslində biz İctimai Palatadan kənar mitinq təyin etməmişik. Sadəcə olaraq martın 12-də mitinq keçirilməsinin məqsədəuyğun olması və bu məsələ ilə əlaqədar olaraq siyasi tərəfdaşlarla məsləhətləşmələr aparılması qərarını vermişik. Biz çalışacağıq ki, intensiv müzakirələr apararaq təkcə Müsavat Partiyası tərəfindən yox, Azərbaycanın aparıcı ictimai-siyasi təşkilatlarının, imkan olsa İctimai Palatanın qərarı ilə mitinqin təyin olmasına nail olaq. Məqsədimiz bundan ibarətdir.
- Artıq bir müddətdir mətbuatda AXCP ilə Müsavat Partiyasının birləşməsi ilə bağlı mövzulara toxunulmur. Bu məsələ nə yerdədir?
- Mənə elə gəlir ki, bu məsələlərlə əlaqədar AXCP-nin də, Müsavat Partiyasının da mövqeyi kifayət qədər açıq şəkildə ortalığa qoyulub və ən azı bu gün bu mövzu aktual deyil.
- Müsavat Partiyasının növbəti qurultayına hazırlıq işləri nə yerdədir?
- Qurultaya hazırlıq işləri sürətlə davam edir. Artıq iki təşkilat – Naxçıvan şəhər və Binəqədi təşkilatları öz toplantılarını keçirərək qurultaya nümayəndələrini seçiblər. Mart ayında Müsavat Partiyasının əksər rayon təşkilatları konfranslar keçirərək qurultaya nümayəndələrini seçəcəklər. Çalışacağıq ki, bu proses aprel ayında başa çatsın. Müsavat Partiyasının qurultayının təxminən aprel-iyun ayında keçirilməsi nəzərdə tutulub. Bunun üçün nəzərdə tutulan digər işlər də aparılır. Hesab edirəm ki, Müsavatın qurultayı həmişə olduğu kimi kifayət qədər yüksək səviyyədə və mütəşəkkil olaraq keçiriləcək.
- Müsavat Partiyasının başqanlığına namizədliyinizi irəli sürmək fikriniz varmı?
- Mən bu məsələ ilə bağlı həm Müsavat Partiyasının üzvləri və partiyanın rəhbərliyinə daxil olan şəxslərlə, eyni zamanda Müsavatın başqanı ilə məsləhətləşmələr aparıram. Bu məsləhətləşmələr yekunlaşdıqdan sonra bu barədə qərarımı ictimaiyyətə açıqlayacağam.
- Müsavat Partiyasında Sizdən başqa analoji məsləhətləşmələr aparan varmı?
- Məndə belə bir məlumat yoxdur. Ancaq Müsavat Partiyasının hər bir üzvünün Müsavat başqalığına namizədliyini irəli sürmək səlahiyyəti var və heç kim heç kəsin əlindən bu səlahiyyəti ala bilməz.
Daxili siyasət
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Xəbər Lenti
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqların bəziləri məlum olub
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib - VİDEO
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib - VİDEO
"PAŞA Sığorta" əmlak sığortası üzrə 1.000.000 manata yaxın ödəniş edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
Şoyqu Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə ittiham edib