Türkiyə Super Liqasının VI turunda keçiriləcək “Trabzonspor” – “Qalatasaray” qarşılaşmasına hakim təyinatı açıqlanıb.
Apasport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidmətinin məlumatına görə, görüşü Batuhan Kolak idarə edəcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 19-da saat 20:00-da başlayacaq.